Aleksandra Kornhauzer Freyzer

Aleksandra Kornhauzer Freyzer (sloven. Aleksandra Kornhauser Frazer; 26 sentyabr 1926[1], Virmase[d][1]17 may 2020[2][1], Lyüblyana[1]) — sloveniyalı kimyaçı.

Aleksandra Kornhauzer Freyzer
sloven. Aleksandra Kornhauser Frazer
Digər adıAleksandra Kaleari
Doğum adıAleksandra Caleari[1]
Doğum tarixi26 sentyabr 1926(1926-09-26)[1]
Doğum yeri
Vəfat tarixi17 may 2020(2020-05-17)[2][1] (93 yaşında)
Vəfat yeri
Elm sahəsikimya
Elmi dərəcəsi
İş yeri
Alma-materLyublyana Universiteti
Təhsili
MükafatlarıOrder of Freedom of the Republic of Slovenia

O, Elm və mühəndislik fakültəsinin kimya professoru və Sloveniya Lyublyana Universitetinin Beynəlxalq Kimya Tədqiqatları Mərkəzinin direktoru olub.[3]

Erkən həyatı

Varlı ailədə dünyaya gələn Aleksandra Kalearinin[3] beş qardaşı və bacısı var idi. Onun atası Şkofya-Lokada sonradan Jelovica adlanan şirkətin sahibi olub. 1930-cu illərin Böyük böhranı zamanı ailə bütün var-dövlətini itirir. 1940-cı ildə, İkinci Dünya müharibəsi zamanı, on beş yaşında olan Aleksandra, partizanlara dəstək verən gənclər təşkilatına rəhbərlik edib. Atası Bequnyadakı konslagerdə həbs edilib, ailəsi məcburi əməyə cəlb edilsə də, ailə üzvlərinin hər biri müharibədən sağ çıxıb. Kamnik və Domjal şəhərlərində qısa müddət dərs dedikdən sonra Aleksandra 1948-ci ildə kimya üzrə təhsil almaq üçün universitetə daxil olub.[4]

Şəxsi həyatı

Aleksandra Freyzer iki dəfə ailə həyatı qurub. Onun ilk həyat yoldaşı sloveniyalı həkim Pavel Kornhauzer olub. İkinci həyat yoldaşı Britaniyalı kimyaçı Malkolm Freyzer isə Şərqi İngiltərə Universitetində kimya üzrə professor və sonradan Milli Akademik Mükafatlar Şurasının baş icraçı direktoru olub. Aleksandra hər iki həyat yoldaşının soyadından istifadə edib.[5][6]

O, 2020-ci ilin mayın ayında 93 yaşında vəfat edib.[3]

Fəaliyyəti

1954-1980-ci illər arasında Freyzer əczaçılıq şirkətləri üçün alkaloidlərantibiotiklər haqqında geniş araşdırmalar aparıb. 1980-ci ildən sonra kimyəvi tədqiqatlarını müəllimliklə birləşdirən Aleksandra , BMTİP, UNESCO, BƏT və ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi daxil olmaqla bir sıra beynəlxalq təşkilatlarda elmi işçi kimi çalışıb. Daha sonra təmiz texnologiyaların təbliğində fəal iştirak edən Freyzer 1999-cu ildə bu sahədə biliklərin inkişafına görə Tokioda Honda mükafatını alan ilk qadın alim olub.[3]

1960-1970-ci illərdə fəal siyasətlə məşğul olan Aleksandra Kornhauzer Stane Kavçiçanın dövründə Sloveniya İcraiyyə Şurasında[7] səhiyyə, mədəniyyət, elm və təhsildən məsul vitse-prezident vəzifəsini çalışıb. Üç illik siyasi fəaliyyətdən sonra o, yenidən akademik fəaliyyətinə geri döndü.[3]

Aleksandra Sloveniyadan kənarda İsveçrə, Böyük BritaniyaABŞ-ın universitetlərində çalışmış və ölkə daxilində 60-dan çox beynəlxalq seminarlar vermişdi. Freyzer Birləşmiş Millətlər Şurası, Dünya İncəsənət və Elmlər Akademiyası və Londondakı Avropa Akademiyasının üzvüdür (1988-ci ildən).[8] O, Əczaçılıq Akademiyasının Loran Lavuaze medalı, Amerika Kimya Cəmiyyətinin Robert Brasted xatirə mükafatı laureatıdır.[3]

O, 90 yaşına kimi peşəkar fəaliyyətini davam etdirən Aleksandra Kornhauzer Freyzer, 1997-ci ildə Sloveniyada elmi sahəsinin ən ali mükafatı olan Zoys mükafatını qazanıb.[9] O, həmçinin Lyublyananın fəxri vətəndaşı olub.

İstinadlar