Alessandro Allori

Alessandro di Kristofano di Lorentso del Bronzino Allori (it. Alessandro di Cristofano di Lorenzo del Bronzino Allori; 31 may 1535[1][2][…], Florensiya[6][7][…]22 sentyabr 1607[3][4][…], Florensiya[5][6][…]) — İtaliya (Florensiya) rəssamı, manyerizm üslubunun nümayəndəsi.

Alessandro Allori
Doğum tarixi31 may 1535[1][2][…]
Doğum yeri
Vəfat tarixi22 sentyabr 1607(1607-09-22)[3][4][…] (72 yaşında)
Vəfat yeri
Uşağı
Fəaliyyətirəssam, dizayner, yazıçı
Janrlarportret rəssamlığı[d][6], dini incəsənət[d][6]
Stilmanyerizm[6]
TələbələriKristafano Allori
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyat və yaradıcılığı

Alessandro Allori 31 may 1535-ci ildə Florensiyada anadan olmuşdur. Əmisi Anyolo Bronzinonun tələbəsi olan Allori Mikelancelodan güclü təsirlənmişdir. Manyerizmin təsiri onun dizaynı şərti və sərt, rəngləri kəskin olan din mövzusundakı rəsmlərində xüsusilə nəzərə çarpır.

Allorinin əsərlərindən ən mühümləri: "Rəbbin vəftiz edilməsi", "İshaqın qurbanı", Culiano Mediçinin, Bianka Kapello portretləri, avtoportret (hər beşi Florensiyadakı Uffisi qalereyasında), kardinal Ferdinando Mediçinin portreti (Florensiyadakı Palasso Pittidə), "Məryəmin mövludu" (Florensiyadakı Santissima-Annunsiata kilsəsində), "Məsih Məryəm və Marfa ilə" (Vyana muzeyində), "Hamamda Varşava" və bir gəncin portreti (Ermitajda).[8]

Onun oğlu Kristofano Allori də rəssam olmuşdur.

Qalereya

İstinadlar

Əlavə ədəbiyyat

Xarici keçidlər