Anar Əliyev (hüquqşünas)

hüquqşünas

Anar Rəhim oğlu Əliyev (1980, Bakı) — Azərbaycan Respublikası Əmək və Əhalinin sosial müdafiəsi nazirinin müavini.[1]

Anar Əliyev
Anar Rəhim oğlu Əliyev
Doğum tarixi
Doğum yeriBakı, Azərbaycan SSR
VətəndaşlığıAzərbaycan Azərbaycan
MilliyyətiAzərbaycanlı
İxtisasıBeynəlxalq Hüquq fakültəsi
TəhsiliBakı Dövlət Universiteti
Fəaliyyətiməmur
Mükafatları"Dövlət qulluğunda fərqlənməyə görə" medalı — 2012

Həyat və fəaliyyəti

  • 1980-ci ildə Bakı şəhərində anadan olmuş;
  • 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsinin bakalavrı bitirmiş;
  • 2002-ci ildə magistr dərəcəsi almış;
  • 2006-cı ildə isə fəlsəfə doktoru dərəcəsi almış;
  • 2000–2006-cı illərdə 1 saylı yerli iqtisad məhkəməsində məhkəmə iclasının katibi,
  • 2006–2008-ci illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi,
  • 2008–2018-ci illərdə isə həmin şöbənin müdiri vəzifələrində işləmiş;
  • 2016-cı il 3 fevral tarixli fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Apelyasiya Şurasının 2018-ci ilə qədər üzvü olmuş;
  • 2018-ci ildə Nazirin əmri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müşaviri – Nazirlik Aparatının rəhbəri təyin edilmişdir.[1]

Mükafatları

İstinadlar