Ankarafantsika Milli Parkı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keçAxtarışa keç
Ankarafanstsika Milli Parkı
ing. Ankarafantsika National Park
Ravelobe gölü
Ravelobe gölü
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi1349,65 km2 ha
Yaradılma tarixi1927
İdarəetmə orqanıMadaqaskar Milli Parklar Assosasiyası
Yerləşməsi
16°09′ c. e. 46°47′ ş. u.
Ölkə Madaqaskar
VilayətBoeni
Yaxın şəhərMahacanqa
parcs-madagascar.com/fic…
Ankarafanstsika Milli Parkı xəritədə
Ankarafanstsika Milli Parkı
Ankarafanstsika Milli Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ankarafanstsika Milli Parkı (ing. Ankarafantsika National Park) — Madaqaskarın Boeni bölgəsində yerləşən milli park. Ən yaxın şəhər 115 km şimalda yerləşən Macunqa şəhəridir. Milli parkda ekvatorial iqlim tipi hakimdir. Sakalava etnik qrupu milli parkda yaşamağa davam edir. Nəhəng böyükayaqlı siçan ancaq bu milli parkda yaşamaqdadır.

Haqqındamənbəni redaktə et

Madaqaskar balıq qartalları

Ankarafantsika Milli Parkının qərbində Betsiboka çayı, şərqində Mahacamba çayı yerləşir. 1927-ci ildə əsası qoyulsa da, milli park 2002-ci ildə iki milli parkın birləşdirilməsi ilə yaranmışdır. 1350 km2 sahəni əhatə edir. Burada xeyli sıx ekvatorial meşələr vardır. Ərazidə həmçinin savannalar, kolluqlar və qayalıq ərazilər yerləşir. Bəzi ərazilər yerli Sakalava xalqı tərəfindən becərilir. Milli parkda xeyli göl, cığır və yürüyüş zolağı da vardır. Ərazinin təbiəti və mənzərisini görmək üçün gələn ziyarətçilər üçün burada otellər xidmət göstərir.[1]

Flora və faunamənbəni redaktə et

Milli parkın böyük hissəsini ekvatorial meşələr örtdüyündən canlı növləri baxımından zəngindir. Burada aşkarlanan 800 növün çoxu Madaqaskar üçün endemikdir. Bu kimi növlərə yerli təbabətdə istifadə olunan kaftafay (Cedrelopsis grevei), mpancakabenitani (Baudouinia fluggeiformis), kiçik ağac lohavato (Hymenodictyon occidental), nəhəng çiçəkli sakoanala ağacı (Poupartia silvatica) da aiddir.[1]

Milli parkda Madaqaskarın milli heyvanları olan bəzi heyvan növləri yaşayır. Burada 10 suda-quruda yaşayan, 44 sürünən növü qeydə alınmışdır. Bunlara nadir Madaqaskar böyük başlı tısbağası (Erymnochelys madagascariensis), kərgədan buqelemunu (Furcifer rhinoceratus), cücə buqelemun[1] (Brookesia decaryi) da daxildir. Burada üç ilan növünə — Acrantophis madagascariensis, Sanzinia madagascariensis və nadir Liophidium therezieniya rast gəlmək olar.[1]

Ankarafantsika Milli Parkında 8 lemur növü qeydə alınmışdır. Siçan lemuru isə dünyada ən kiçik primat növüdür. Nəhəng böyükayaqlı siçan dünyada ancaq bu milli parkda yaşayır.[2]

Milli parkda qeydə alınan 129 quş növündən yarısı Madaqaskar üçün endemikdir. Onlara Van Dam vanqası (Xenopirostris damii), pas vanqası (Schetba rufa), Falco zoniventris və Ravelobe gölündə asanlıqla müşahidə olunan Madaqaskar balıq qartalı (Haliaeetus vociferoides) də aiddir.[1] Ravelobe gölündə nadir Humblot vağı da yaşayır.[3]

Qalereyamənbəni redaktə et

İstinadlarmənbəni redaktə et

Xarici keçidlərmənbəni redaktə et

Naviqasiya menyusu