Aqşin Qədirzadə

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 2-ci Qarabağ müharibəsi şəhidi

Aqşin Elman oğlu Qədirzadə (10 mart 1999, Seyidqışlaq, Qəbələ rayonu18 oktyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

Aqşin Qədirzadə
Şəxsi məlumatlar
Doğum tarixi10 mart 1999(1999-03-10)
Doğum yeri
Vəfat tarixi18 oktyabr 2020(2020-10-18) (21 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2017-2018 / 2020
RütbəsiƏsgər
VəzifəsiMoto atıcı (manqa komandiri)
DöyüşlərTovuz döyüşləri
İkinci Qarabağ müharibəsi
 • Murovdağ döyüşləri
Təltifləri"Vətən uğrunda" medalı — 2021 "Kəlbəcərin azad olunmasına görə" medalı — 2021

Həyatı

Aqşin Qədirzadə 10 mart 1999-cu ildə Qəbələ rayonunun Seyidqışlaq kəndində anadan olub. 2005-ci ildə Seyidqışlaq kənd məktəbində 1-ci sinifə getmişdir. 2014-cü ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. Kənddə bir müddət işlədikdən sonra 2016-cı ildə çilingər peşəsinə yiyələnmək üçün Qəbələ rayonu Peşə məktəbinə getmişdir. 2017-ci ildə peşə təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanıb.

Hərbi xidməti

Aqşin Qədirzadə 2017–2018-ci illərdə Ədliyyə Nazirliyində müddətli həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidmətini başa vurduqdan sonra kənddə bir neçə ay işlədikdən sonra yenidən Ordu Sıralarında xidmət üçün 15 may 2019-cu ildə kursa başlayıb, 12 iyul 2019-cu ildə həmin kursu moto atıcı manqa komandiri vəzifəsi ilə bitirmişdir. Şəmkirin Seyfəli kəndində müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmət edib. Tovuz döyüşləri zamanı da döyüşlərdə iştirak etmişdir.

İkinci Qarabağ müharibəsində iştirakı

Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Aqşin Qədirzadə 2020-ci il sentyabrın 27-də AzərbaycanErmənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ döyüşlərində savaşıb. Murovdağda gedən döyüşlər zamanı oktyabrın 4-də itkin düşmüşdür. Oktyabrın 18-i şəhid olduğu xəbəri gəlmişdir. Aqşin Qədirzadə dekabrın 18-də Qəbələ rayonunun Seyidqışlaq kəndində dəfn olunmuşdur.

Təltifləri

Xatirəsi

2021-ci ilin aprel ayında Polad Həşimovun və İkinci Qarabağ müharibəsi şəhidi Aqşin Qədirzadənin adına Qəbələ rayonu Zərgərli kəndi, Qəbələ-Oğuz yolunun kənarında bulaq istifadəyə verilib.[4]

İstinadlar