Aqif Şahbazov

Aqif Hasif oğlu Şahbazov (10 mart 1991, Soltanabad, Saatlı rayonu18 oktyabr 2020, Füzuli) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

Aqif Şahbazov
Aqif Hasif oğlu Şahbazov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriSoltanabad, Saatlı, Azərbaycan
Vəfat tarixi (29 yaşında)
Vəfat yeriFüzuli, Azərbaycan
Vəfat səbəbiŞəhid
Dəfn yeriSaatlı
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
 • Hadrutun azad edilməsi
 • Cəbrayılın azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020, "Füzulinin azad olunmasına görə" medalı — 2021, "Cəbrayılın azad olunmasına görə" medalı — 2021, "Xocavəndin azad olunmasına görə" medalı — 2020, "Cəsur döyüşçü" medalı — 2021

Həyatı

Aqif Şahbazov 1991-ci il martın 10-da Saatlı rayonu Soltanabad kəndində dünyaya gəlib. 2009-2010-cu illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur.[2][3]

Hərbi xidmətləri

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Aqif Şahbazov Füzuli, Cəbrayılın azad edilməsində savaşıb. Aqif Şahbazov 2020-ci il oktyabrın 18-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Saatlıda dəfn edilib.[4][5]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqif Şahbazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[6]

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqif Şahbazov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[7]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Aqif Şahbazov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[8]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Aqif Şahbazov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[9]

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Aqif Şahbazov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[10]

Təltifləri

İstinadlar