Aqnostik ateizm

Aqnostik ateizm ateizmi və aqnostisizmi əhatə edən fəlsəfi mövqedir. Aqnostik ateistlər ateistdirlər, ona görə ki onlar heç bir tanrı və ya ilahi varlığa inancları yoxdur və ona görə aqnostikdirlər ki, tanrının varlığının prinsip olaraq bilinəməz olduğunu hesab edirlər.

Aqnostik ateizm bir və ya daha çox ilahi varlığın mövcudluğuna inanan, ancaq bu varlıqların mövcudluğunun və ya yoxluğunun bilinə bilməyəcəyini düşünən aqnostik teizmin əksi ola bilər.[1][2][3]

Epistemoloji arqumentlər

Ateistlər həmçinin tanrının varlığının bilinəməyəcəyini və ya varlığının isbatlanamayacağını müdafiə edirlər. İkinciyə müxtəlif formalar alan aqnostisizm deyilir. İmmanens fəlsəfəsində ilahilik insan zehni də daxil olmaqla dünyanın özündən ayrılmazdır və hər bir insanın şüuru subyektə kilidlidir. Aqnostisizmin bu formasına görə, perspektivdə bu cür məhdudiyyət tanrıya olan inancdan onun mövcudluğunun iddialarına hər hansı bir obyektiv nəticə çıxarmanın qarşısını alır. Kantın rasionalistik aqnostisizmi və maarifçilik yalnız insan rasionallığı əsasındakı bilgiləri qəbul edir; bu növ ateizmə görə, tanrılar prinsipal olaraq müəyyən edilə bilən olmadıqlarına görə onların mövcudluqları bilinə bilməz. Yumun fikirlərinə əsaslanan skeptisizm hər şey haqqda əminliyin mümkün olmadığını iddia edir və buna görə də bir tanrının mövcud olub-olmadığı bilinə bilməz. Yum hesab edirdi ki, bu cür müşahidə edilə bilməyən metafizik anlayışlar "səfehlik və illüziya" olaraq rədd edilməlidir.

İqnostisizm də daxil olmaqla ontoloji və epistemoloji olaraq təsnif edilən ateizmin arqumentlərinə görə, "tanrı" kimi əsas terminlər və "tanrı hər şeyə qadirdir" kimi ifadələr mənasız və ya aydın deyil. Teoloji qeyri-koqnitvizm "tanrı mövcuddur" ifadəsinin bir müdəa olmadığını, ancaq cəfəngiyat və ya idrak baxımından mənasız olduğunu söyləyir. Bu cür düşünən şəxslərin hansılarının ateist, hansılarının aqnostik olaraq təsnif edilməsi müzakirə edilmişdir. Alfred Ayer və Teoder Drenq hər iki kateqoriyani inkar edib "Tanrı mövcuddur" ifadəsinin ateist və aqnostiklər tərəfindən müdəa olaraq qəbul edildiyini hesab edirlər: bunun əvəzinə qeyri-koqnitvizmi öz kateqoriyasına yerləşdirirlər.[4][5]

İstinadlar