Araz Cəfərov

Araz Səmədağa oğlu Cəfərov (28 yanvar 1993, Qarazəncir, Cəlilabad rayonu2 dekabr 2020, Laçın) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, Vətən Müharibəsi şəhidi.[1]

Araz Cəfərov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriQarazəncir, Cəlilabad, Azərbaycan
Vəfat tarixi (27 yaşında)
Vəfat yeriLaçın, Səfiyan, Azərbaycan
Vəfat səbəbiŞəhid olmuşdur
Dəfn yeriQarazəncir kəndi
VətəndaşlığıAzərbaycan Azərbaycan
Uşağı

Anar Cəfərov

Lalə Cəfərova
AtasıAnar Cəfərov
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Hərbi hissəAzərbaycan Sülhməramlı Qüvvələri
Xidmət illəri2019—2020
RütbəsiƏsgər MAXE
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Laçın uğrunda döyüşlər
Təltifləri"Vətən uğrunda" medalı — 2020"Laçının azad olunmasına görə" medalı — 2021

Həyatı

Araz Cəfərov 28 yanvar 1993-ci ildə Cəlilabad rayonunun Qarazəncir kəndində anadan olmuşdur. Kənd orta məktəbində təhsilini almışdır.

Hərbi xidməti

Araz Cəfərov hərbi xidmətini başa vurduqdan sonra yenidən Azərbaycan Silahlı Qüvvələri tərkibində Azərbaycanın Sülhməramlı qüvvələrində müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına qoşulub.

İkinci Qarabağ müharibəsində iştirakı

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, Laçın uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Müharibə bitəndən sonra axtarışlar nəticəsində şəhid Araz Cəfərovun nəşi tapılıb və 2 dekabrda doğulduğu Qarazəncir kəndində dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Araz Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Araz Cəfərov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Təltifləri

İstinadlar