Asılıkul gölü

Başqırdıstan Respublikasında göl

Aslıkul[1][2](Asılıkul[2], başq. Асылыкүл, Асыулыкүл) — Başqırdıstan Respublikasının ən böyük gölü. Davlekanovo şəhərindən 27 km şimal-qərbdə yerləşir. Göl Belebeev yaylası ilə Tabulak, Ulutau, Belekey-Kaqaç, Bolşoy Nor, Malıy Nor və Zaytulyaktau dağları arasında yerləşir. Karst məşəllidir. Qidalanması qarışıqdır. Burada yağış suları, yeraltı sular və qar suları bərabər paylanmışdır. Suyu şorluğa meyillidir, yüksək minerallaşmaya məruz qalmışdır.

Asılıkul gölü
başq. Асылыкүл, Асыулыкүл
Ümumi məlumatlar
Mütləq hündürlüyü221 m
Eni5 km
Uzunluğu7 km
Sahil uzunluğu256,0 km
Sahəsi23,5 km²
Orta dərinliyi5,1 m
Yerləşməsi
54°18′46″ şm. e. 54°34′38″ ş. u.
Ölkə Rusiya
Asılıkul gölü xəritədə
Asılıkul gölü
Asılıkul gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiyası

Gölün yatağı Ulutau, Tubuldak, Ulu-Karaqaç Belekey-Karaqaç zirvələri arasında yerləşir. Cənub sahili sıldırımlı olub 210–370 arası metr hündürlüyə malikdir. Göl dəniz səviyyəsindən 221 metr hündürlükdə yerləşir. Uzunluğu 7 km, eni isə 5 km təşkil edir. Gölün sahəsi 23,5 km², orta dərinliyi isə 5,1metrdir. Sahilində Buranqulovo, Kupoyarovo və Yanqi-Turmuş kəndləri yerləşir.

Flora və fauna

Sahillərində qamışlıq sahələr vardır. Müəyyən hissələr isə palıd və tozağacı meşələri ilə örtülmüşdür. Sahilləri quşları yuva qurması üçün əlverişlidir. Burada yay ayları bir necə növ ördək, qaz və qu quşlarına rast gəlmək olar.Sularında Nalim, Sazan və Siq kimi balıqlar yaşayır.

Adının mənası

Adı Başqırd dilində "Asılı" — dağ, dağlı, "kul" — göl anlamını verir.

Milli park

Göl Başqırdıstan Respublikasının təbiət ərazilərinin qorunması haqqında qanunla tənzimlənir. 1962-ci ildən göl ictimai əhəmiyyətli obyektlər siyahısına daxil edilir. 1965-ci ildə isə göl ərazisi Başqırdıstan Respublikasında respublika əhəmiyyətli təbiət abidəsi elan edilir.

19 yanvar 1993 ildə Başqırdıstan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə "Aslı-Kul gölü" parkı təşkil edilir. 1 yanvar 2005 ildə Rusiya Federasiyasının 22 avqust 2004 il № 122 Başqırdıstan Respublikasında Milli parkın yaradılması qanun qüvvəyə minir. Burada "Aslı-Kul", "Muradım dərəi" və "Kandri-Kul" təbiət abidələri Başqırdıstan Milli Parkında birləşdirilir[3]. 2009 ildən isə ərazi milli park elan edilir[4].

İstinadlar

Mənbə

Ədəbiyyat

  • Аслыкуль: Фотоальбом / Фот., подписи Г. Галиева; Сост. И. Налепин; Вступ. ст. Т. Барабаш; Пер. на англ. яз. А. Масловой. — Уфа: Информреклама, 2005. — 100 с.
  • Балков В.А. Водные ресурсы Башкирии. — Уфа: Башкнигоиздат, 1978. — 173 с.
  • Алтай Н.Н., Минх Г.А. Гидрологические особенности озер Асылыкуль и Кандрыкуль / Географические проблемы и вопросы природопользования // Ученые записки БашГУ. Вып.38, сер. геогр. наук, №4. — Уфа, 1973.
  • Памятники природы Башкирии. — Уфа: Башк. кн. изд-во, 1974. — 367 с.
  • Газета "Выбор" №118–119 (10044–10045) от 11.08.2015. Статья "Край тысячи озёр".