Ascential

Ascential plc (əvvəllər EMAPTop Right Group) — Birləşmiş Krallıq media şirkəti. Şirkət sərgilər, festivallar və məlumat xidmətlərində ixtisaslaşmışdır. "Ascential plc" London fond birjasında verilmişdir və FTSE 250 İndeksinin tərkib hissəsidir.

Ascential
Ümumi məlumatlar
Sənayenəşriyyat işi
Təsis tarixi1947
Baş qərargahın yeri
İqtisadi göstəriciləri
Ümumi gəliri £349.3 milyon (2021)[1]
Xalis mənfəəti £38.0 milyon (2021)[1]
Əməliyyat mənfəəti £69.4 milyon (2021)[1]
ascential.com

Tarixi

Riçard Vinfrey 1887-ci ildə "Spalding Guardian"ı, daha sonra "Lynn News""Peterborough Advertiser"i satın almışdır. O həmçinin, "North Cambs Echo"nun fəaliyyətini başlatmışdır. Vinfrey sonradan liberal siyasətçi və kənd təsərrüfatı hüquqlarının təbliğatçısı olmuş, qəzetlər onun siyasi baxışlarını təbliğ etmək üçün istifadə edilmişdir. İkinci Dünya müharibəsi illərində Vinfreyin qəzetdən gələn gəlirlər onun oğlu Riçard Pattinson Vinfreyə keçməyə başlamışdır. 1947-ci ildə Pattinson Vinfreyin rəhbərliyi altında ailənin qəzetləri "East Midland Allied Press" (EMAP) adı altında birləşdirilmişdir.[2]

2012-ci ilin mart ayında şirkət adının "Top Right Group" olaraq dəyişdiriləcəyini və jurnalların, tədbirlər və məlumat bizneslərinin üç müstəqil şirkətə ayrılacağını elan etmişdir. "EMAP" adı o vaxt .irkətin dövriyyəsinin təxminən 18 faizini təşkil edən jurnalların fəaliyyəti üçün istifadə olunmağa davam edəcəkdi. Verilənlər bazası biznesinin adı dəyişdirilərək "4C Group", tədbirlər bölməsi isə "I2i Events Group" adlandırılmışdır.[3] Bundan sonra, 2015-ci ilin oktyabrında şirkət "EMAP" brendinin bütün nəşrlərinin fəaliyyətini sadəcə rəqəmsal formatda davam etdirəcəyini elan etmişdir.[4]

2015-ci ilin fevral ayında "Top Right Group" şirkəti "Media Business Insight" jurnalını "Mobeus Equity Partners" və "Tenzing PE"yə satmışdır.[5]

2015-ci ilin dekabrında "Top Right Group" şirkəti adını "Ascential" olaraq dəyişmişdir.[6] 2016-cı ilin fevralında şirkəti satın almaq üçün 800 milyon funt sterlinq dəyərində ilkin kütləvi təklif irəli sürülmüşdür.[7] "The Guardian Media Group" 2016 və 2017-ci illərdə "Ascential"ın özünə aid səhmlərini satmışdır.[8]

Əməliyyatlar

"Ascential" rəqəmsal iqtisadiyyatdakı bizneslərə yönəlmiş dörd məlumat xidməti kateqoriyasını idarə edir. Bu dörd sahə məhsul dizaynı, marketinq, satış və daxili mühit və siyasətdir.[9]

İstinadlar

Xarici keçidlər