Asif Ataşov

şəhid

Asif Kərim oğlu Ataşov (10 aprel 2002, Xırdalan1 oktyabr 2020, Dəmirçilər, Tərtər rayonu) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Asif Ataşov
Asif Kərim oğlu Ataşov
Şəxsi məlumatlar
Doğum tarixi10 aprel 2002(2002-04-10)
Doğum yeri
Vəfat tarixi1 oktyabr 2020(2020-10-01) (18 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Milliyyətiazərbaycanlı
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2020
RütbəsiƏsgər
Döyüşlər
Təltifləri"Vətən uğrunda" medalı "İgidliyə görə" medalı "Ağdamın azad olunmasına görə" medalı "Xocavəndin azad olunmasına görə" medalı "Suqovuşanın azad olunmasına görə" medalı

Həyatı

Asif Ataşov 10 aprel 2002-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olub.[1] Əslən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan Asif 2008-ci ildə Xırdalan şəhər 2 nömrəli tam orta məktəbinin birinci sinfinə daxil olmuşdur. 2019-cu ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir.

Hərbi xidməti

Asif Ataşov 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Asif Ataşov 27 sentyabr 2020-ci il tarixində başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. O 1 oktyabr 2020-ci il tarixində Tərtər rayonunun Dəmirçilər kəndi istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. Şəhidin nəşi Xırdalan şəhər Şəhidlər xiyabanında dəfn edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Asif Kərim oğlu Ataşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.[2]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Asif Kərim oğlu Ataşov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.[3]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Asif Kərim oğlu Ataşov ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edilib.[4]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Asif Kərim oğlu Ataşov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.[5]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Asif Kərim oğlu Ataşov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.[6]

Təltifləri

İstinadlar