Asim Süleymanov

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi

Asim Məhərrəm oğlu Süleymanov (18 fevral 2001, Xoşbulaq, Daşkəsən rayonu4 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Asim Süleymanov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriXoşbulaq, Daşkəsən rayonu, Azərbaycan
Vəfat tarixi (19 yaşında)
Vəfat yeriXocavənd rayonu, Azərbaycan
Dəfn yeriGəncə Şəhidlər Xiyabanı
VətəndaşlığıAzərbaycan Azərbaycan
TəhsiliGəncə Dövlət Regional Kolleci
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2019—2020
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Madagizin azad edilməsi
 • Cəbrayılın azad edilməsi
 • Hadrutun azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2020

Həyatı

Asim Süleymanov 18 fevral 2001-ci ildə Daşkəsən rayonunun Xoşbulaq kəndində anadan olmuşdur.[1] 2018-ci ildə Gəncə şəhər 21 nömrəli tam orta məktəbi bitirmişdir və Gəncə Dövlət Regional Kollecində “Vaqon və refrijerator təsərrüfatı” ixtisasına daxil olmuşdur.

Hərbi xidməti

Asim Süleymanov 2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmışdır. O, təhsilini yarımçıq qoyaraq, hərbi xidmətə yollanmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etməyə başlamışdır.

Azərbaycan Ordusunun əsgəri olan Asim Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın, CəbrayılınXocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Asim Süleymanov 4 noyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 5 noyabr 2020-ci ildə Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asim Süleymanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Asim Süleymanov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Təltifləri

İstinadlar