Aslan Abbasov (əsgər)

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi

Aslan Vəliyəddin oğlu Abbasov (25 dekabr 1995, Əzizbəyov rayonu10 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Aslan Abbasov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriXəzər rayonu, Azərbaycan
Vəfat tarixi (24 yaşında)
Vəfat yeriQarabağ, Azərbaycan
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2020
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Madagizin azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020 "İgidliyə görə" medalı — 2020 "Suqovuşanın azad olunmasına görə" medalı — 2020

Həyatı

Aslan Abbasov 25 dekabr 1995-ci ildə Xəzər rayonunda anadan olmuşdur.[1]

Hərbi xidməti

Aslan Abbasov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında bir müddət xidmət etmişdi və xidmətini bitirdikdən sonra mülki işlə məşğul olmuşdu.

Azərbaycan Ordusunun əsgəri olan Aslan Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində qismən səfərbərlik çağırışına qatılaraq və könüllü olaraq 3 oktyabr tarixindən iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Aslan Abbasov 10 oktyabr 2020-ci ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aslan Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Aslan Abbasov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[3]

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Aslan Abbasov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

Təltifləri

İstinadlar