Avtomobildən qorun (film, 1974)

Avtomobildən qorun qısametrajlı sənədli televiziya filmi rejissor Arif Qazıyev tərəfindən 1974-cü ildə çəkilmişdir. Film "Azərbaycantelefilm"də istehsal edilmişdir.

Avtomobildən qorun
Janrsənədli
qısametrajlı
RejissorArif Qazıyev
OperatorVaqif Həsənov
İstehsalçı"Azərbaycantelefilm"
İlk baxış tarixi1974
Filmin digər adıNəqliyyat-piyadalar
Filmin növüqısametrajlı sənədli televiziya filmi
ÖlkələrAzərbaycan Azərbaycan SSR
İl1974
Texniki məlumatlar1 hissə
275,9 metr
Rəngrəngli

Məzmun

Oğlanın yol hərəkəti qaydalarını pozmasının bədbəxt hadisə ilə nəticələnməsi filmin əsas süjet xəttini təşkil edir. Burada hər bir piyada tərəfindən küçə hərəkəti qaydalarına ciddi riayət edilməsinin vacibliyi haqqında danışılır. Professor Talışinski ilə müsahibə küçə hərəkəti qaydalarının pozulmasının acı nəticəsini əyani şəkildə nümayiş etdirir. Burada Respublika Dövlət Avtomobil Müfəttişliyinin rəisi Hüseynov qaydanı pozanlarla mübarizə tədbirlərindən və müfəttişliyin işindən söhbət açır.[1]

Filmin üzərində işləyənlər

Rejissor: Arif Qazıyev
Operator: Vaqif Həsənov

İstinadlar

Həmçinin bax

Azərbaycan filmlərinin siyahısı
1974-cü ilin Azərbaycan filmləri
1970-ci illər Azərbaycan filmlərinin siyahısı