Ayaqqabı əməliyyatı

(Ayaqqabı əməliyyatı (film, 2016) səhifəsindən istiqamətləndirilmişdir)

Ayaqqabı əməliyyatı qısametrajlı bədii filmi rejissor Pərviz Həsənov[1] tərəfindən 2016-cı ildə ekranlaşdırılmışdır. "Debüt" studiyasında istehsal edilmişdir. Film çəkməçi Qədirin başına gələn əhvalatdan bəhs edir. Əsas rolları Qurban İsmayılov, Rasim Cəfər, Almaz Amanova və Leyla Əbdülsəmədova ifa edirlər.

Ayaqqabı əməliyyatı
Ayaqqabı əməliyyatı
Fayl:Ayaqqabı əməliyyatı (film, 2016).jpg
Janrqısametrajlı
komediya
RejissorPərviz Həsənov
ProdüserFuad Əzizov
Ssenari müəllifiƏjdər Ol
Baş rollardaQurban İsmayılov
Rasim Cəfər
Almaz Amanova
Leyla Əbdülsəmədova
OperatorElman Əliyev
BəstəkarXəyal Məmmədov
RəssamŞahin Həsənli
İstehsalçı"Debüt" studiyası
İlk baxış tarixi2016
Filmin növüqısametrajlı bədii film
Müddət32 dəq.
ÖlkələrAzərbaycan Azərbaycan
Dilazərbaycanca
İl2016
Rəngrəngli

Məzmun

Çəkməçi Qədir (Qurban İsmayılov) xalq arasında tərsliyi ilə tanınır. Dostunun oğlu biznesmen Əmrulla (Rasim Cəfər) Qədirin ayaqqabı dükanından başqa ətrafdakı bütün dükanları satışa razı salır. Tərs Qədiri isə razı sala bilməyəcəyini anlayaraq ona bir fənd qurur. Günlərin bir günü ona iş təklif edir və avans olaraq da pul verir. Qızını (Leyla Əbdülsəmədova) Bakıya festivala göndərmək istəyən və pula ehtiyacı olan Qədir Əmrullanın təklifini qəbul etməli olur və dükanını girov qoyur. Nəticədə iş alınmır və Qədir dükanını itirir.

Film müsbət sonluqla başa çatır.

Filmin üzərində işləyənlər

Ssenarist: Əjdər Ol
Rejissor: Pərviz Həsənov
Operator: Elman Əliyev
Prodüser: Fuad Əzizov
Rəssam: Şahin Həsənli
Bəstəkar: Xəyal Məmmədov

Rollarda

Qurban İsmayılov — Qədir
Rasim Cəfər — Əmrulla
Almaz Amanova — Nazı
Leyla Əbdülsəmədova — Qönçə
Rövşən Kərimduxt — Məmməd
Ədalət Əbdülsəmədov
Arif Kərimov

İstinadlar

Həmçinin bax

Azərbaycan filmlərinin siyahısı
2016-cı ilin Azərbaycan filmləri
2010-cu illər Azərbaycan filmlərinin siyahısı