Aynur Poladov

Aynur Şıxbaba oğlu Poladov (20 oktyabr 1980, Dəvəçi rayonu2 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi.

Aynur Poladov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriZeyvə, Şabran, Azərbaycan SSR
Vəfat tarixi (39 yaşında)
Vəfat yeriFüzuli rayonu, Azərbaycan
Dəfn yeriZeyvə, Şabran, Azərbaycan
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2020
Rütbəsi Baş gizir
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
Təltifləri3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2020 "Vətən uğrunda" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020

Həyatı

Aynur Poladov 1980-cı il oktyabrın 20-də Şabran rayonunun Zeyvə kəndində anadan olub.[1]

Hərbi xidməti

Azərbaycan Ordusunun baş giziri olan Aynur Poladov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aynur Poladov oktyabrın 2-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şabran rayonunun Zeyvə kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aynur Poladov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Aynur Poladov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Aynur Poladov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[4]

Azəbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli sərəncamı ilə Aynur Poladov ölümdən sonra " Cəsur döyüşçü" medalı ilə tətif edilib.

Təltifləri

İstinadlar