Ayvor Pauel

Ayvor Pauel (5 iyul 19166 noyabr 2012) — Uels futbol mütəxəssisi

Ayvor Pauel
Ümumi məlumatlar
Tam adıing. Ivor Verdun Powell
Doğum tarixi
Doğum yeriBarqoyd, Uels
Vəfat tarixi (96 yaşında)
Vətəndaşlığı
Mövqeyiyarımmüdafiəçi
Karyerası
Gənclik karyerası
????Uels Barqoyd
Klub karyerası[* 1]
????İngiltərə Barnet
1937—1948İngiltərə Frankfurt110 (2)
1948—1951İngiltərə Aston Villa79 (5)
1951İngiltərə Port Veyl6 (0)
1951—1952Uels Barri Taun13 (4)
1952—1954İngiltərə Bredford Siti83 (9)
Milli yığma[* 2]
1946—1950Uels Uels8 (0)
Məşqçisi olduğu klublar
1951İngiltərə Port Veyl
1952—1955İngiltərə Bredford Siti
1960—1963İngiltərə Karlayl Yunayted
1964—196?İngiltərə Bat Siti
1963Yunanıstan PAOK

Dünyanın ən qoca futbol məşqçisi sayılan Ayvor Pauel İngiltərənin 6-cı liqasında çıxış edən "Tim Bat" komandasından 2010-cu ildə istefa verib. 93 yaşlı Pauel son illərini komandada baş məşqçi köməkçisi kimi keçirib.

O, oyunçu karyerası ərzində Uels millisində 14 dəfə forma geyinib və "Blekpul"un məşhur futbolçusu Stenli Metyuzla çiyin-çiyinə çıxış edib. Pauell 1950-ci ildən məşqçiliyə başlayıb. O, İngiltərənin bir neçə komandasına, həmçinin Yunanıstan PAOK-una rəhbərlik edib. Ümumilikdə, britaniyalı mütəxəssis 9000 futbolçunu hazırlayıb. Bat şəhər universitetini təmsil edən "Tim Bat"a isə Pauell 1973-cü ildə məşqçi təyin olunub. O, komandanı 2002-ci ildə İngiltərə Kubokunun əsas turnirinə çıxararaq, "Tim Bat"a 122 illik tarixi ərzində ilk belə uğuru qazandırıb.

Pauel dünyanın ən qoca məşqçisi kimi 2004-cü ildə Uelsin İdman Şöhrət Zalına, 2006-cı ildə isə Ginnesin rekordlar kitabına düşüb. O, 2008-ci ildə Britaniya İmperiyası ordeninin üzvü olub.

Mənbə

İstinadlar