Ayxan Qədimov

Ayxan Fikrət oğlu Qədimov (30 aprel 1999, Morul, Şəmkir rayonu2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Ayxan Qədimov
Ayxan Fikrət oğlu Qədimov
Şəxsi məlumatlar
Doğum tarixi30 aprel 1999(1999-04-30)
Doğum yeri
Vəfat tarixi2020
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
AtasıFikrət Qədimov
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2020-ci ildən
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Şuşanın azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020 "Cəsur döyüşçü" medalı — 2020 "Şuşanın azad olunmasına görə" medalı — 2020

Həyatı və hərbi xidməti

Ayxan Qədimov 1999-cu il aprelin 30-da Şəmkir rayonunun Morul kəndində anadan olub.[1] Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır.

İkinci Qarabağ müharibəsi

Azərbaycan Ordusunun əsgəri olan Ayxan Qədimov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Bir çox hərbi əməliyyatlarda vuruşmuşdur. Noyabr ayının əvvəllərindən başlayan Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşan Ayxan Qədimov döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Onun nəşi 30 noyabr 2020-ci ildə tapılmış və Şəmkir rayonunun Morul kəndində torpağa tapşırılmışdır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayxan Qədimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayxan Qədimov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[3]

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayxan Qədimov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

Təltifləri

İstinadlar