Azər Qasımov (əsgər)

(Azər Qasımov (şəhid) səhifəsindən istiqamətləndirilmişdir)

Azər Yaqub oğlu Qasımov (2 dekabr 1979; Yenikənd, Tərtər, Azərbaycan — 29 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

Azər Qasımov
Azər Yaqub oğlu Qasımov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriYenikənd, Tərtər, Azərbaycan
Vəfat tarixi (40 yaşında)
Vəfat yeriSuqovuşan, Azərbaycan
Vəfat səbəbiŞəhid
Dəfn yeriTərtər
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Madagizin azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020, "Suqovuşanın azad olunmasına görə" medalı — 2021, "Cəsur döyüşçü" medalı — 2020

Həyatı

Azər Qasımov 1979-cu ildə Tərtər rayonunun Yenikənd kəndində anadan olub.[2][3] 1997-ci ildə orta məktəbi bitirib hərbi xidmətə başlamışdır. Azər Qasımov ailəli və 4 övlad atası idi.[4]

Hərbi xidmətləri

Azər Qasımov 2014-cü ildən müddətdən artıq hərbi qulluqçu kimi Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. 2016-cı ildə Aprel döyüşlərində iştirak edərək xüsusi medalla təltif edilib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Azər Qasımov Suqovuşan döyüslərində savaşıb. 29 oktyabr 2020-ci ildə Talış Suqovuşan istiqamətindəki döyüşlər nəticəsində şəhid olub. Tərtərdə dəfn edilmişdir.[5][6]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[7]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Qasımov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[8]

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Azər Qasımov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[9]

Təltifləri

İstinadlar