Azər Tağıyev (əsgər, 1999)

(Azər Tağıyev (əsgər) səhifəsindən istiqamətləndirilmişdir)

Azər Kamil oğlu Tağıyev (20 dekabr 1999, Kəngərli rayonu, Naxçıvan Muxtar Respublikası9 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Azər Tağıyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriKəngərli rayonu, Azərbaycan
Vəfat tarixi (20 yaşında)
Vəfat yeriŞuşa rayonu, Azərbaycan
Dəfn yeriKəngərli rayonu, Azərbaycan
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2018—2020
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Hadrutun azad edilməsi
 • Şuşanın azad edilməsi
Təltifləri"Azərbaycan Bayrağı" ordeni — 2020 "Vətən uğrunda" medalı — 2020 "Şuşanın azad olunmasına görə" medalı — 2020

Həyatı

Azər Tağıyev 1999-cu il dekabrın 20-də Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olub.[1] Subay idi.

Hərbi xidməti

Azər Tağıyev 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun əsgəri olan Azər Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsininŞuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azər Tağıyev noyabrın 9-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Kəngərli rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Tağıyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.[2]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Tağıyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

Təltifləri

İstinadlar