Azərbaycan Əmək və Sosial Münasibətlər Аkаdemiyası

Azərbaycan Əmək və Sosial Münasibətlər АkаdemiyasıAzərbaycan Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisəsi.

Azərbaycan Əmək və Sosial Münasibətlər Аkаdemiyası
Xəritə
40°25′10″ şm. e. 49°50′08″ ş. u.
Əsası qoyulub2006
TipDövlət ali təhsil müəssisəsi
RektorSəttar Mehbalıyev
ŞəhərBakı
Ölkə
ÜnvanBakı, Azadlıq, 181
Saytaesma.az
aesma.edu.az

Tarixi və müasir vəziyyəti

1952-ci ildə Bakıda peşə personalına və fəalların təlimə, yenidən hazırlıq və təkmilləşdirilməsi üçün təlim mərkəzləri təşkil edilir. 1962-ci ildə SSRİ Həmkarlar İttifaqı Ali Təhsil Məktəbinin Bakı Təhsil və Konsaltinq Mərkəzi yaradıldı. 1998-ci ildən isə Rusiya Əmək və Sosial Münasibətlər Аkаdemiyasının Bakı filialı olur. 2006-cı ildə isə filialın bazasında Аzərbaycan Əmək və Sosial Münasibətlər Аkаdemiyası təşkil edilir. Hazırda akademiyada 6000 tələbə təhsil alır. Tədris heyətinin sayı 57 nəfərdir. Bunlardan 5-i professor və elmlər doktoru, 31 elmlər namizədidir. Universitetin maddi-texniki bazası ən yüksək səviyyədə dərslər keçirməyə imkan verir. Binasının ümumi sahəsi — 12642,4 m², bunun 5500 m² təlim hissəsidir.

Mənbə