Azaflı

Azərbaycan Respublikasının Tovuz rayonunun Azaflı kənd inzibati ərazi dairəsində kənd

Azaflı (əvvəlki: Azaplı) — Azərbaycan Respublikasının Tovuz rayonunun Azaflı kənd inzibati ərazi dairəsində kənd.[3] Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Azaplı kənd inzibati ərazi dairəsi tərkibindəki Azaplı kəndi Azaflı kəndi adlandırılmış, Azaplı kənd inzibati ərazi dairəsi Azaflı kənd inzibati ərazi dairəsi hesab edilmişdir.[4]

Azaflı
40°55′30″ şm. e. 45°39′42″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.589 nəf. (2009)[1]
Rəqəmsal identifikatorlar
Poçt indeksiAZ6017[2]
Xəritəni göstər/gizlə
Azaflı xəritədə
Azaflı
Azaflı

Toponimikası

Kənd sakinləri arasında oykonim "Azaflı" kimi tələffüz olunur. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsinin yaxınlığında, Köhnəqala adlı yerdə zindan (əzabxana) olmuş və kənd öz adını buradan götürmüşdür;[5] başqa bir sözlə, kəndin adı "Əzablı" sözünün yerli əhalidəki tələffüzündən gəlmişdir.

Türk Osmanlı ordusunda "azaplar" piyada, oxçu əsgərlərə deyilirdi. Rumıniyada eyni adlı kənd vardır.

Tarixi

Tarixi abidələri

Azaflı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:

İnventar №Abidənin adıTarixiYerləşdiyi ünvanNövüƏhəmiyyət dərəcəsi
6054Köhnə qəbiristanlıq[6]Orta əsrlərAzaplı kəndindən 4 km şimal-qərbdəArxeolojiYerli

Coğrafiyası və iqlimi

Kənd Əsrikçayın sol sahilində, dağ ətəyində, Tovuz-Böyük Qışlaq yolunun sağında yerləşir. Bayramlı, Aşağı QuşçuDondar Quşçu kəndləri ilə həmsərhəddir.

Əhalisi

İlDaimi əhaliKişilərQadınlar
1999[7]1370717653
2009[8]↗1589↗811↗778

İqtisadiyyatı

Kənd əhalisi əsasən heyvandarlıqəkinçiliklə məşğuldur. Kəndin ərazisi əkinçilik və maldarlıq üçün əlverişlidir.

Mədəniyyəti

Kənddə Azaflı kənd kitabxana filialı,[9] Azaflı kənd klubu,[10] Azaflı poçt şöbəsi (AZ6017)[11] fəaliyyət göstərir.

Təhsil

Kənddə Azaflı kənd tam orta məktəbi fəaliyyət göstərir.[12][13]

Din

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə

Kənddə Azaflı həkim məntəqəsi yerləşir.[14]

İstinadlar

Xarici keçidlər

Həmçinin bax