Böyük Bandunq

Böyük Bandunq metropol sahəsi (ind. Kawasan metropolitan Bandung Raya) — BandunqQərbi Yavanı əhatə edən metropol.[1] 2014-cü ildə əhali 8,5 milyon idi və Niderland Ost-Hindi dövründə Mərkəzi Prianda Rezidenturası rəhbərliyinin əvvəlki hissələrindən və şəhərlərindən ibarət idi.

Metropol
Böyük Bandunq metropol sahəsi
ind. Kawasan metropolitan Bandung Raya
6°55′26″ c. e. 107°36′23″ ş. u.
Ölkə İndoneziya
Tabesində Bandunq(əsas şəhər),
Cimahi(peyk şəhər),
Bandunq inzibati ərazisi,
Qərbi Bandunq inzibati ərazisi,
Sumedanq rayonunun bir hissəsi
ƏyalətQərbi Yava
Tarixi və coğrafiyası
Sahəsi3,280.27 km²
Mərkəzin hündürlüyü2608 m
Saat qurşağıUTC+7
Əhalisi
Əhalisi8,231,586 nəfər (2015)
Sıxlığı1781.3 nəf./km²
Rəsmi diliİndoneziya dili
Rəqəmsal identifikatorlar
Telefon kodu(62)22
Poçt indeksi40xxx
Nəqliyyat koduD
Digər
metropolitan.jabarprov.go.id
Xəritəni göstər/gizlə
Böyük Bandunq metropol sahəsi xəritədə
Böyük Bandunq metropol sahəsi
Böyük Bandunq metropol sahəsi

Bandunqun Kertacati Beynəlxalq Hava Limanı, Aerotropol ( infrastruktur və iqtisadiyyatın multimodal "hava limanı şəhəri" ticarət nüvəsi kimi xidmət edən hər hansı hava limanında mərkəzləşmiş bir metropol subregionudur.) və Patimban Beynəlxalq Dəniz Portu[2] arasında şəhər ərazilərində davamlı inkişaf səbəbiylə Qərbi Yava əyalət hökuməti və Regional Planlaşdırma İdarəsi yeni təyin olunmuş ümumi sahəsi 5500 km2-dən çox olan və 11 milyondan çox əhalisi olan Bandunq Metropol sahəsi üçün bir plan hazırlayıb yayımladı.Yeni metropol sahəsinə Subanq inzibati ərazisi və Macalenqka inzibati ərazisinin hissələriylə bütün Sumedanq inzibati ərazisi daxildir və Cirebon metropolitan sahəsini əhatə edir. Birlikdə iki metro sahəsi 14 milyondan çox insanı əhatə edir.[3]

Məkan

Bandunq Qərbi Yava əyalətinin mərkəzi-qərb hissəsində dağlıq plato ərazisində yerləşir və İndoneziyada metropollar içində üçüncü ən yüksək əhalisinə malikdir.

Qərbi Yava şəhər dəhlizi

Bandunq metropol sahəsi Ciancur şəhəri yaxınlığında Böyük Cakarta ("Cabodetabek") metropolunun şərq kənarından 20 km-dən az olan məsafədən başlayır Cakartanın genişləndirilmiş metropolunun Purvakarta inzibati ərazisi ilə şimal sərhədində yerləşən Cabodetabekcur-Ciranqkarta məntəqəsi ilə bitişikdir.Bantendəki Seranq inzibati ərazisindən Böyük Bandunqa metropoluna uzanan şəhər dəhlizi 44 milyondan çox insana ev sahibliyi edir.

Təyinat

Bandunq Metropol sahəsi rəsmi Bandunq inzibati ərazisiQərbi Bandunq inzibati ərazisi (2007-ci ilədək Bandunq inzibati ərazisinin tərkibində olmuşdur), Bandunq və Cimahi şəhərlərini əhatə edən metropol olaraq müəyyən edilib.

#İnzibati bölgüSahə (kv.km) 2005[4]Əhalinin siyahıya alınması 2010[5]Əhalinin rəsmi təsdiqi 2015Əhalinin sıxlığı (/kv.km 2015)
1Bandunq şəhəri167.272,394,8732,481,46914,835
2Cimahi şəhəri39.27541,177586,58014,937
3Bandunq inzibati ərazisi1,767.963,178,5433,534,1141,999
4Qərbi Bandunq inzibati ərazisi1,305.771,510,2841,629,4231,248
Metropol sahəsi3,280.277,624,8778,231,5862,509

İstinadlar

Həmçinin bax

Xarici keçidlər