Bağ ştatı (film, 2004)

Bağ ştatı (ing. Garden State) — 2004-cü ildə istehsal olunmuş ABŞ filmi. Film komediya-dram janrındadır. Senari müəllifi və rejisoru Zak Braffdır. Baş rollarda Natali Portman, Piter Sarsqaard, İen Holm və Zak Braff iştirak edir. Filmin süjetini 26 yaşı olan aktyor Endryu Larcmanın anasının ölümündən sonra doğulduğu Nyu Cersiyə qayıtması təşkil edir. Braf bu filmi öz real həyatındakı hadisələr əsasında çəkib. Filmin çəkilişləri 2003-cü ilin aprel və may aylarında aparılıb və çəkiliş yeri əsasən Nyu Cersi olmuşdu. Sandens Film Festivalının seçilmiş filmi olmuşdur. Braff tərəfindən seçilərək hazırlanan film musiqisi Qremmi mükafatına layiq görülmüşdür.

Bağ ştatı
Garden State
Janrromantik komediya, komediya-dram, dram filmi, dram, komediya
Əsas mövzudisfunksional ailə[d]
Rejissor
Prodüserlər
İcraçı prodüserDenni De Vito
Ssenari müəllifi
Baş rollarda
İstehsalçılarCamelot Pictures
Jersey Films
Double Features Films
DistribütorSearchlight Pictures[d], Netflix, Disney+
İlk baxış tarixi16 yanvar, 2004 (Sandens)
28 iyul, 2004 (ABŞ)
Müddət112 dəq
Büdcə2.5 mln $
Gəlir5 825 316 $
ÖlkəABŞ ABŞ
Dilingilis
İl2004
RəngRəngli
Çəkiliş yeriNyu Cersi
IMDbID0333766

Süjet

Çətinliklərlə mübarizə aparan aktyor Endryu Larcmana (Zak Braff) bir gün atası Qideon (İen Holm) zəng edərək anasının öldüyün və təcili olaraq evə gəlməli olduğunu deyir. Endryu Los-Ancelesi tərk edərək anasının dəfn mərasimi üçün Nyu Cersiyə gəlir. Qəbir qazanların köhnə dostu Mark (Piter Sarsqaard) və Deyv Aleks Byerns olduğunu görür. Köhnə dostları onu gecə partiyə dəvət edirlər. Evdə isə atası onu başağrılarına görə həkim ilə görüş təşkil edir.

Ertəsi gecə dostlarının dəvətini qəbul edən Endryu Mark, Deyv və Cessi Armando Riesko ilə partiyə gedir. Burada marixuana çəkir və ekstazi qəbul edirlər. Səhər ayıldıqda Endryu həkim qəbuluna gedir. Gözləmə zalında Sem Natali Portman adında gənc bir xanımlar tanış olur. Sem pataloji yalançılıq xəstəliyinə düçardır. Sem danışdığı yalanların səbəbini bilmədiyini və daha sonra etdiklərini boynuna aldığını ona deyir. Həkim görüşündə Dr. Koen (Ron Libman) ona dərmanlarını qəbul etmədiyi üçün başağrılarının meydana gəldiyini izah edir. Həkim Endryuya atasının ona dərman təyin etməsini də tapşırır. Həkimin otağından çıxdıqdan sonra Semlə yenidən qarşılaşan Endryu evə qədər onu evinə maşını ilə aparmağı təklif edir. Sem onu evə dəvət edir və anası ilə tanış edir. Endryu Sema anasının ölümü haqqında danışır. Evə qayıtdıqdan sonra atası o təkrar ayrılmadan əvvəl söhbət edirlər.

Daha sonra Endryu və Cessi qəbirstanlıqda otururlar və Mark başqa bir qəbir qazır. Endryu Markın meyitlərin zinət əşyalarını oğurladığının şahidi olur. Endryu Semin evinə gedərək bütün günü onunla keçirir və daha sonra Cessinin evində digər dostlarına qoşulurlar. Endryu Sema doqquz yaşında olarkən bilmədən anasını itələdiyini, onun qaz sobasına düşərək iflic olduğunu və bunun günahının oğlunda görən atasının isə onu müalicələrə tabe etdiyini deyir. Endryu Semə qarşı olan hisslərini də ona açıb deyir.

Rollarda

  • Zak Braff — Endryu Larcman
  • Natali Portman — Sem
  • Piter Sarsqaard — Mark
  • İen Holm — Qideon Larcman
  • Cin Smart — Kerol
  • Armando Riesko — Cessi
  • Ceki Hoffman — Silviya Larcman
  • Method Man — Dieqo
  • Aleks Byerns — Deyv
  • Ron Libman — Dr. Koen
  • Denis O`Hare — Albert
  • Cim Parsons — Tim
  • Maykl Ueston — Kenni
  • Enn Daud — Oliviya
  • Ato Essandoh — Titembey
  • Ceffri Arend — Karl Benson

Mükafatlar və nominasiyalar

İlMükafatKateqoriyaNominasiyaNəticə
2004ÇFTA MükafatıƏn yaxşı yeni rejissorZak BraffQazandı[6]
FFTC MükafatıPolin Keyl MükafatıZak BraffQazandı[7]
Hollivud Film MükafatıMüvəffəqiyyətli RejissorZak BraffQazandı[8]
Humanitas MükafatıSandens FilmləriBağ ştatıNamizəd[9]
Milli Tənqidcilər Kollegiyası MükafatıƏn yaxşı reisssoru debütüZak BraffQazandı[10]
Kinematoqrafiya sahəsində xüsusi tanınmaya görəBağ ştatıQazandı[10]
FiFTC Mükafatıİlin çıxışı — Kamera arxasındaZak BraffQazandı[7]
Stokholm Film FestivalıƏn yaxşı aktyorPiter SarsqaardQazandı[11]
Sandens Film FestivalıQrand Jüri MükafatıZak BraffNamizəd[11]
2005Tənqidçilərin seçimi film mükafatıƏn yaxşı film musiqisiBağ ştatıNamizəd

İstinadlar

Xarici keçidlər