Başxanım Şəfiqızı

bayatıçı

Başxanım Şəfiqızı (1880, Daşkənd, Yeni Bəyazid qəzası18 noyabr 1958, Daşkənd, Basarkeçər rayonu) — Göyçə mahalında yaşamış şairə.

Başxanım Şəfiqızı
Rəsulova Başxanım Şəfi qızı
Şəklin rəssamı İttifaq Zeynalov
Şəklin rəssamı İttifaq Zeynalov
Doğum tarixi1880
Doğum yeri
Vəfat tarixi18 noyabr 1958(1958-11-18)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyətişair
Vikimənbənin loqosu Başxanım Şəfiqızı Vikimənbədə

Həyatı

Rəsulova Başxanım Şəfi qızı 1880-ci ildə Göyçə mahalının Daşkənd kəndində ruhani ailəsində anadan olmuşdur. Atası Axund Şəfi, qardaşları Molla Mehdi və Hacı Rəhim dövrünün mütərəqqi ziyalısı olmuşdur.

Qardaşı Hacı Rəhim 1905-ci və 1918-ci illərdə daşnaqlara qarşı vuruşan və bu yolda şəhid olan ən cəsur igidlərdən olmuşdur. Başxanım da atası və qardaşlarından ərəbfars dilində yazıb oxumağı öyrənmişdir.

Səxavətdə, mərhəmətdə Hatəmi-Taun qədər ad-san qazanan Başxanım hazırcavablığı ilə də Göyçə mahalında məşhur qadınlardan olmuşdur.

Böyük Vətən müharibəsindən oğlu Nəsib (1909–1941/45) və İkinci dünya müharibəsindən oğlu Zülfiqarın (1912–1939/45) qayıtmaması, həyat yoldaşı Məhərrəmin (1873–1953) gözlərinin tez tutulması və onun da vəfatı Başxanımı çox sarsıtmışdır.

Başxanım Şəfiqızı 18 noyabr 1958-ci ildə doğma vətəni Daşkənd kəndində vəfat etmiş və Daşkənd qəbiristanlığında dəfn edilmişdir.

Haqqında yazılanlar

Başxanım Şəfiqızının həyatı və yaradıcılığı haqqında bir neçə kitabda məlumat verilmişdir:

  • 1991-ci ildə "Gənclik" nəşriyyatında çap olunan Əzizə Cəfərzadənin "Azərbaycanın aşıq və şair qadınları" kitabında Başxanım Şəfiqızının qoşmalarıbayatıları nəşr olunmuşdur (səh 157–159).
  • 1998-ci ildə Gəncə nəşriyyatında çap olunan Sərraf Şiruyənin "Bu ocağın odu sönməz" kitabında (səh. 6–10).
  • 2005-ci ildə "Avrasiya press" nəşriyyatında çap olunan "Azərbaycan qadın şairləri antologiyası" kitabında (səh. 129–130)
  • 2006-cı ildə "Nurlan" nəşriyyatında çap olunan Araz Yaquboğlunun "Bir kökün budaqları" kitabında Başxanım Şəfiqızının gəraylısı, qoşmalarıbayatıları nəşr olunmuşdur (səh 8–14).
  • 2006-cı ildə "Nurlan" nəşriyyatında çap olunan Araz Yaquboğlunun "Elin yaddaşında yaşayan ömür" kitabında Başxanım Şəfiqızının həyatı haqqında geniş məlumat verilmişdir.
  • 2010-cu ildə "MBM" mətbəəsində çap olunan "Aşıq qadınların antologiyası" kitabında Başxanım Şəfiqızının gəraylısı, qoşmalarıbayatıları nəşr olunmuşdur (səh 42–45).

İstinadlar

Mənbə

  • Əzizə Cəfərzadə "Azərbaycanın aşıq və şair qadınları", Bakı, "Gənclik", 1991. (səh 157–159).
  • Qara Namazov. "Aşıqlar" (I kitab), Bakı, "Səda", 2004. səh.64.
  • Araz Yaquboğlu, Bir kökün budaqları, Bakı, "Nurlan", 2006. səh.8–14.
  • Araz Yaquboğlu, Daşkənd aşıqları və şairləri, Bakı, "Nurlan", 2008.