Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalar arası Əməkdaşlıq Mərkəzi

Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalar arası Əməkdaşlıq Mərkəzi (rus. Бакинский международный центр межрелигиозного и межцивилизационного сотрудничества, ing. Baku International Centre for Interfaith and Inter-Civilizational Cooperation) ― dinlərarası dialoq platforması. BDSƏM-n yaradılma təşəbbüsü "İslam həmrəyliyi ili" çərçivəsində 21 dekabr 2017-ci il tarixində Bakı şəhərində keçirilmiş "2017 — İslam həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoq" Beynəlxalq Konfransında irəli sürülmüş və bu təklif tədbir iştirakçıları tərəfindən yekdilliklə qəbul edilmişdir.

Beynəlxalq Dinlər və Sivilizasiyalar arası Əməkdaşlıq Mərkəzi
  • Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalar arası Əməkdaşlıq Mərkəz
(BDSƏM - BCIC)
Ümumi məlumatlar
ÖlkəAzərbaycan
Yaradılma tarixi2017
Baş qərargahBakı, Azərbaycan
ÜnvanYasamal rayonu, Mirzə Fətəli küçəsi, 7.
Rəhbərlik
Baş katibŞeyxülislam Allahşükür Paşazadə

Rəsmi saytıbcicbaku.org/new/az/

Tarixi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2017-ci il Azərbaycan Respublikasında "İslam Həmrəyliyi İli" elan edilmişdir.[1] Sərəncama əsaslanaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) qəbul etdiyi fəaliyyət planında il ərzində İslam həmrəyliyi, İslam ilə digər dinlər arasında dialoq, əməkdaşlıq və həmrəylik istiqamətlərində ölkə daxilində və xaricdə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.[2] 21 dekabr 2017-ci il tarixində Bakı şəhərində yekunlaşdırıcı tədbir — "2017 — İslam həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoq" Beynəlxalq Konfransı keçirilmişdir.[3] Konfransda "Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalar arası Əməkdaşlıq Mərkəzi"nin yaradılması təşəbbüsü irəli sürülmüş və yekdilliklə qəbul edilmişdir. Nəticədə Qafqaz Müsəlmanları İdarəsinin nəzdində daimi əsaslarda fəaliyyət göstərən dinlərarası əməkdaşlıq mərkəzi — BDSƏM (ing. BCIC) təsis olunmuşdur. Aşağıda sadalanan müddəalar yeni yaradılan mərkəzin məqsədləri kimi müəyyən edilmişdir::

  • Qarşılıqlı etimad və anlaşma mühitində mədəni müxtəlifliyin, sivilizasiyalar və dinlər arası dialoqun və bununla bağlı beynəlxalq əməkdaşlığın təşviq edilməsi;
  • Dünyada sülhün və təhlükəsizliyin təmin olunması üçün qlobal təhdid və çağırışların qarşısının alınmasına yönəlmiş beynəlxalq təşəbbüslərin, o cümlədən 2008-ci ildən başlamış Bakı prosesinin və əlaqədar beynəlxalq tədbirlərin davam etdirilməsi;
  • Din və məzhəb ayrı-seçkiliyi, ksenofobiya, terrorçuluq, aqressiv separatizm, ekstremizm, eləcə də milli, dini və etnik zəmində digər dözümsüzlük hallarına qarşı birgə mövqeyin bildirilməsi;
  • Humanitar fəlakət həddində qaçqınların, məcburi köçkünlərin və miqrantların problemlərinə dair, habelə terrorçu və separatçı qruplaşmalar tərəfindən dini, mədəni və tarixi sərvətlərin, abidələrin və məbədlərin dağıdılmasına qarşı birgə mövqeyin bildirilməsi;
  • Özündə humanist bəşəri dəyərləri əks etdirən dinlərin dünya sivilizasiyasına, mədəniyyətinə və irsinə əvəzolunmaz töhfələrinin təbliğ olunması;
  • Milli, mədəni, dini irsin qorunmasında, ümumi bəşəri dəyərlərin dünyada təbliği və gələcək nəsillərə ötürülməsində dinlər və sivilizasiyalararası dialoqun, həmrəylik ideyalarının və mənəvi maarifçiliyin vacibliyinin tərənnüm edilməsi;
  • Davamlı inkişafa, əmin-amanlığa, sabitlik və təhlükəsizliyə əsas maneə olan silahlı münaqişələrə son qoymaq naminə müvafiq bəyanatların verilməsi, beynəlxalq birliyə, dünya ictimaiyyətinə, dini liderlərə müraciətlərin və çağırışların edilməsi.[4]

BDSƏM-in idarəetmə orqanları

Mərkəzin idarəetmə orqanları:

  • Himayədarlar Şurası;
  • Məşvərət Şurası;
  • Katiblik

Himayədarlar Şurası

Himayədarlar Şurası BDSƏM-ni idarə etmək üçün dünyanın müxtəlif ölkələrində yerləşən müxtəlif dini mərkəzlərin və qurumların rəhbər şəxslərindən təşkil edilmişdir. Şura, bir qayda olaraq, təşkilatın əsas idarəedici orqanıdır.

Məşvərət Şurası

BDSƏM-nin Məşvərət Şurasının tərkibinə beynəlxalq miqyasda dinlərarası və sivilizasiyalararası dialoq prosesində fəal iştirak edən dini liderlər, nüfuzlu ictimai-siyasi xadimlər, qeyri-hökumət təşkilatlarının rəhbərləri daxildir. Məşvərət Şurası Himayədarlar Şurasının fəaliyyətinə təşkilat və məlumat dəstəyi verir və BDSƏM-nin əsas məşvərət orqanıdır.

Katiblik

Katiblik BDSƏM-nin Himayədarlar Şurasının qərarlarını həyata keçirən əsas icraedici orqanıdır. Katibliyə Baş Katib rəhbərlik edir. BDSƏM-in Baş Katibi Azərbaycan və Bütün Qafqaz müsəlmanlarının dini lideri Şeyxülislam Allahşükür Paşazadədir.

Tərəfdaşlar

Tərəfdaş təşkilatlar və qurumlar
#FotoAdı#FotoAdı
1
Qafqaz Müsəlmanları İdarəsi23[[Fayl:Комитет_по_делам_религий_при_Кабинете_Министров_Республики_Узбекистан.jpgcenter]]Özbəkistan Respublikası Nazirlər Kabineti yanında Dini Məsələlər üzrə komitə
2
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (Azərbaycan)24
Berlin Mədəni Diplomatiya Akademiyası
3BMT Sivilizasiyalar Alyansı üzrə Ali Nümayəndəsi25
Dinlərarası birgə yaşayış araşdırma mərkəzi
4
BMT nin Yaxın Şərq və Asiya regionunda humanitar məsələlər üzrə köməkçisi26
İslam mədəniyyəti və Əlaqələri Təşkilatı
5
Cenevrə İnsan Hüquqları və Qlobal Dialoq mərkəz27
Ümumdünya Pan-islam Fiqh Təşkilatı
6
BMT baş katibinin humanitar məsələlər üzrə xüsusi nümayəndəsi28
RF Müsəlmanları Ruhani idarəsi
7
Dinlər Sülh Uğrunda təşkilatı29
Almaniya Müsəlmanları mərkəzi şurası
8
KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq mərkəzi Dialoq mərkəzi30
Dünya Yevangelik alyansı
9
İslam Əməkdaşlığı Təşkilatı31
Britaniya Müsəlmanlar Şurası
10
İslam Tarixi, İncəsənət və Mədəniyyət Araşdırma Mərkəzi32
Qazaxıstan Müsəlmanları Ruhani idarəsi
11
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı33
Qırğızıstan Müsəlmanları Ruhani idarəsi
12
Türkiyə Respublikası Diyanət İşləri Başkanlığı34
Birləşmiş Ərəb Əmirlikləri Dini İşlər Müşavirliyi\ İslam məsələləri və vəqflər üzrə Baş İdarə
13
Dinlərarası Pontifik Şurası35
Rusiya Müsəlmanları Ruhani Məclisi
14
Avropa Türk İslam Mədəniyyət Dərnəkləri birliyi36
RF Şimali Qafqaz müsəlmanları əlaqələndirmə mərkəzi
15
Beynəlxalq Etnik Anlaşma Fondu37
RF Tatarıstan Respublikası Müsəlmanları Ruhani idarəsi
16
Gürcüstanın patriarxatı38
Sankt-Peterburq və Rusiyanın Şimal-Qərb hissəsi Müsəlmanları Ruhani idarəsi
17
Moskva Patriarxatı39
Beynəlxalq İslam Missiyası
18
"Yaşamaq sənəti" beynəlxalq təşkilatı40İslam Aləmi Liqası
19
Simon Vissental mərkəzi41
Livan Xristian-Müsəlman Dialoqu Milli Komitəsi
20
Oksford İslam Araşdırmaları Mərkəzi42
"Eagle`s Wings" Dünya Yevangelist təşkilatı
21
Al Əl-Beyt İslam Fikri Kral Akademiyası43
Tacikistan Üləmalar Şurası
22
Özbəkistan Müsəlmanları idarəsi44
Tacikistan Dini, Milli Adət-ənənə, Mərasimlər və Dini ayinlərin tənzimlənməsi üzrə Dövlət Komitəsi

Ədəbiyyat

Mənbə

Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalar arası Əməkdaşlıq Mərkəzi

İstinadlar