Bakı hazırdır! (film, 1940)

(Bakı hazırdır (film, 1940) səhifəsindən istiqamətləndirilmişdir)

Bakı hazırdır! qısametrajlı sənədli filmi rejissor Əbdül Həsənov tərəfindən 1940-cı ildə çəkilmişdir. Bakı kinostudiyasında istehsal edilmişdir. Filmdə 1940-cı ilin payız günlərinin birində hava hücumundan müdafiə məşqlərindən bəhs olunur.

Bakı hazırdır!
Fayl:Bakı hazırdır! (film, 1940).jpg
Janrsənədli
qısametrajlı
RejissorƏbdül Həsənov
OperatorlarMuxtar Dadaşov
Vladimir Yeremeyev
Fyodor Novitski
İstehsalçıBakı kinostudiyası
İlk baxış tarixi1940
Filmin növüqısametrajlı sənədli film
Müddət9 dəq.
ÖlkələrAzərbaycan Azərbaycan SSR
İl1940
Texniki məlumatlar1 hissə
279 metr
Rəngağ-qara

Məzmun

Filmdə 1940-cı ilin payız günlərinin birində hava hücumundan müdafiə məşqlərindən bəhs olunur. Burada hava həyəcanı siqnalı verilərkən zəhmətkeşlərin nə etməli olduqlarından danışılır. Ümumi yoxlanış zamanı Bakı zəhmətkeşlərinin hərbi hava hücumundan müdafiəyə yaxşı hazırlaşdıqları qeyd edilir.[1]

Filmin üzərində işləyənlər

Rejissor: Əbdül Həsənov
Operator: Muxtar Dadaşov, Vladimir Yeremeyev, Fyodor Novitski

İstinadlar

Mənbə

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 56; 67.

Həmçinin bax

Azərbaycan filmlərinin siyahısı
1940-cı ilin Azərbaycan filmləri
1940-cı illər Azərbaycan filmlərinin siyahısı