Batna (şəhər)

Batna (ərəb. باتنة‎, bər. ⴱⴰⵜⵏⴰ) — Əlcəzairin şimal-şərqində şəhər, Batna vilayətinin inzibati mərkəzi. Batna Əlcəzairin beşinci ən böyük şəhəri, Ores dağ silsiləsindəki ən böyük şəhərdir.

Batna
Gerb
Gerb
35°33′ şm. e. 6°10′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub1844
Sahəsi
  • 85 km²
Mərkəzin hündürlüyü1.048 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 290.645 nəf. (2013)[1]
Rəqəmsal identifikatorlar
Poçt indeksi05000
Xəritəni göstər/gizlə
Batna xəritədə
Batna
Batna
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhər ölkənin paytaxtı Əlcəzair şəhərindən 430 kilometr (270 mil), Konstantin şəhərindən isə 119 kilometr (74 mil) məsafədə yerləşir. Batnanın sahilə nisbətən yaxın yerləşməsinə baxmayaraq, şəhərin yerləşdiyi hündürlük dəniz səviyyəsindən bir kilometrdən çoxdur. Bu baxımdan şəhərdə qış kifayət qədər soyuq, qarlı keçir.

Batna Əlcəzairin 1954-cü ildə ölkənin müstəqilliyi uğrunda müharibənin başlanğıcını qoyan hadisələrin baş verdiyi şəhərlərdən biridir. 1 noyabr 1954-cü ildə şəhərdəki hərbi obyektlər istiqlalçıların dəstələri tərəfindən hücuma məruz qalmışdır. Əlcəzair müstəqillik əldə edənə qədər üsyançı komandanlıq şəhərdə yerləşirdi.

İstinadlar

Xarici keçidlər

  • Батна  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
  • Журнал "Вокруг света". Ветер над Батной