Birləşmiş Krallıq universitetlərinin siyahısı

Birləşmiş Krallıq universitetlərinin siyahısı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının hüdudları daxilində fəaliyyət göstərən və bir sıra göstəricilər üzrə müxtəlif kateqoriyalarda səciyyələnən ali təhsil müəssisələrinin siyahısı.

Kembric Universitetinin Triniti Kolleci

Birləşmiş Krallıqdakı universitetlərin fəaliyyətə başlaması ümumən kral imtiyaznaməsi, Roma papasının rəsmi razılığı, 1992-ci ildə qəbul olunmuş "Əlavə və ali təhsil qanunu", o cümlədən 2017-ci ildə qəbul olunmuş "Ali Təhsil və araşdırma qanunu" çərçivəsində mümkün olmuşdur. Elmi dərəcələrin verilməsi və rəsmən "universitet" adının istifadəsi kimi səlahiyyətlər mərkəzi qanunla tənzimlənsə də, Birləşmiş Krallığın hüdudları daxilindəki subyektlərin sözügedən dərəcə və adın verilməsi üçün spesifik tələbləri də mövcuddur.

İndiki Birləşmiş Krallıq ərazisində ilk universitetin əsası XI-XII əsrlərdə İngiltərədə Oksford Universitetinin qurulması ilə qoyulmuşdur. Ardınca, Oksford Universitetini tərk etmiş bir sıra elm xadimləri 1209-cu ildə Kembric Universitetini formalaşdırmışlar. Sonrakı dövrlərdə, Şotlandiyada Sent-Endryus (1413), Qlazqo (1451), Aberdin (1495) və Edinburq (1582) Universitetləri, İrlandiyada isə Dublin Universiteti (1592) təşəkkül tapmışdır.

Diplom vermə səlahiyyətləri olan qurumlar bir növ dövlət tərəfindən akkreditasiya olunduğu üçün "tanınan orqanlar" adlanır. Sözügedən siyahıya bütün universitetlər, universitet kollecləri, London Universitetinin subyektləri və digər statuslu ali təhsil müəssisələri daxildir. Birləşmiş Krallıqda fəaliyyət göstərən demək olar ki, bütün ali təhsil qurumlarında bakalavriat dərəcəsi üzrə tələbə müraciətləri "Universitetlər və Kolleclərə Qəbul Xidməti" (ing. UCAS) tərəfindən idarə olunur.

Birləşmiş Krallıqda ali təhsil təmin edən təşkilatlar üçün təmsilçi orqanlar "Birləşmiş Krallıq Universitetləri" və "GuildHE"dir. Müvafiq sahə üzrə tənzimləyici məsul orqan Təhsil Departamentidir.

Tarix

Erkən tarix və orta əsrlər

Avropanın orta əsrlərdə universitet xəritəsi

Avropada universitet bir qurum olaraq, tarixən orta əsrlər cəmiyyətlərində meydana çıxmış elmi ehtiyacların fonunda təşəkkül tapmışdır. İlk dövrlərdə daha çox ruhani sima daşıyan bu qurumlar ümumi ictimai-siyasi və sosial proseslərdən təsirlənmiş və zaman-zaman onlara təsir edərək cəmiyyətləri istiqamətləndirmişdir. Avropada universitetlərin yayılma diapazonu ilk növbədə, XII əsrdə cənubi və qərbi Avropanı əhatə etmişdir. XIV və XV əsrlərdən başlayaraq isə ali təhsilin instutsional formada təklif olunması Avropanın şimalda və şərqdə yerləşən bölgələrinə də sirayət etməyə başlamışdır.

İndiki Böyük Britaniya ərazisində isə ilk ali təhsil müəssisəsinin formalaşması XI-XII əsrdə Oksford Universitetində təhsilə start verilməsi ilə baş vermişdir. 1167-ci ildən etibarən II Henrinin ingilis tələbələrin Paris Universitetində təhsil almasını qadağan etməsi ilə Oksfordda təlim-tədris daha da mütəşəkkilləşmişdir. 1209-cu ildə isə 2 elm xadiminin edamı ilə nəticələnən hadisələrdən sonra Oksford Universitetini tərk etmiş bir qrup akademik Kembric Universitetinin, yəni indiki Böyük Britaniyanın ikinci ən qədim ali təhsil müəssisəsinin əsasını qoymuşdur.

İngiltərə krallığında qurulan universitetləri Şotlandiya krallığında ard-arda qurulan universitetlər təqib etmişdir. Roma papasının rəsmi razılığı əsasında 1413-cü ildə Sent-Endryus Universiteti, 1451-ci ildə Qlazqo Universiteti, sonradan Aberdin Universiteti adı altında təmərküzləşən Aberdin Kral Kolleci (1495) və Marişal Kolleci (1593) fəaliyyətə başlamışdır. Şotlandiyada Edinburq Universiteti və İrlandiyada Dublin Universiteti sələflərindən fərqli olaraq Roma papasının razılığı əsasında deyil, birbaşa kral imtiyaznaməsi ilə təsis olunmuşlar.

Feodal era və Sənayə inqilabı

Qlazqo Universitetinin Qilmorhil kampusu XIX əsrdə

II Dünya müharibəsindən sonrakı dövr

Müasir dövr

İdarəetmə

Siyahı

Qədim universitetlər

Quruluş tarixiAdıQurucu dövlətYeriKampusQeydlər
1096
Oksford Universiteti
İngiltərə krallığı
Oksford, İngiltərə
Ali təhsil müəssisəsinin fəaliyyətə başlamasını göstərən dəqiq tarix yoxdur. Lakin 1096-cı ildə artıq burada tədris prosesi pərakəndə də olsa gedirdi. 1167-ci ildən etibarən II Henrinin ingilis tələbələrin Paris Universitetində təhsil almasını qadağan etməsi ilə Oksfordda təlim-tədris daha da mütəşəkkilləşmişdir.
1209
Kembric Universiteti
İngiltərə krallığı
Kembric, İngiltərə
1209-cu ildə 2 elm xadiminin edamı ilə nəticələnən hadisələrdən sonra Oksford Universitetini tərk etmiş bir qrup akademik tərəfindən formalaşdırılmışdır.
1413
Sent-Endryus Universiteti
Şotlandiya krallığı
Sent-Endryus, Şotlandiya
Roma papasının rəsmi razılığı əsasında fəaliyyətə başlamışdır.
1451
Qlazqo Universiteti
Şotlandiya krallığı
Qlazqo, Şotlandiya
Şotland kralı II. Ceymsin müraciətindən sonra, 1451-ci ildə Papa V. Nikolayın Qlazqoda bir universitet qurulması üçün verdiyi rəsmi razılıq ilə qoyulmuşdur.[1] Beləliklə, Qlazqo Universiteti Şotlandiya krallığında qurulmuş ikinci, Britaniya İmperiyasının isə hüdudları daxilində fəaliyyətə başlayan dördüncü ən qədim ali təhsil müəssisəsi olmuşdur.[2]
1495
Aberdin Universiteti
Şotlandiya krallığı
Aberdin, Şotlandiya
Aberdin Kral Kolleci 1495-ci ildə, Marişal Kolleci isə 1593 Roma papasının rəsmi razılığı əsasında fəaliyyətə başlamışdır. İki qurum 1860-cı ildə birləşdirilmişdir.
1582
Edinburq Universiteti
Şotlandiya krallığı
Edinburq, Şotlandiya
VI Ceyms tərəfindən verilmiş kral imtiyaznaməsi ilə fəaliyyətə başlamışdır.
1592
Dublin Universiteti
İrlandiya krallığı
Dublin, İrlandiya
I Yelizaveta tərəfindən verilmiş imtiyaznamə ilə fəaliyyətə başlamışdır.

London Universiteti

Quruluş tarixiAdıQurucu dövlətYeriKampusQeydlər
1823Birkbek Kolleci Birləşmiş KrallıqLondon, İngiltərə
1823-cü ildə London Mexanika İnstitutu olaraq fəaliyyətə başlayan ali təhsil müəssisəsi, 1866-cı ildə Birkbeck Ədəbiyyat və Elm Təşkilatı, 1907-ci ildə isə Birkbek Kolleci olaraq yenidən qurulmuşdur.

1920-ci ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir.

1894London Şəhər Universiteti Birləşmiş KrallıqLondon, İngiltərə 2016-ci ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir.
1932Kurto İncəsənət İnstitutu Birləşmiş KrallıqLondon, İngiltərə 1932-ci ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir.
1891Qoldsmits Kolleci Birləşmiş KrallıqLondon, İngiltərə 1904-cü ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir.
1909Xərçəng Tədqiqatları İnstitutu Birləşmiş KrallıqLondon, İngiltərə 2003-cü ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir.
1829London Kral Kolleci Birləşmiş KrallıqLondon, İngiltərə 1836-cı ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir.
1964London Biznes Məktəbi Birləşmiş KrallıqLondon, İngiltərə 1964-cü ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir.
1895London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi Birləşmiş KrallıqLondon, İngiltərə 1900-cü ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir.
1899London Gigiyena və Tropik Tibb Məktəbi Birləşmiş KrallıqLondon, İngiltərə 1924-cü ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir.
1882London Şahzadə Meri Universiteti Birləşmiş KrallıqLondon, İngiltərə 1915-ci ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir.
1822Kral Musiqi Akademiyası Birləşmiş KrallıqLondon, İngiltərə 2003-cü ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir.
1906Kral Mərkəzi Nitq və Dram Məktəbi Birləşmiş KrallıqLondon, İngiltərə 2005-ci ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir.
1849Royal Hollovey və Bedford Yeni Kolleci Birləşmiş KrallıqLondon, İngiltərə 1900-cü ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir.
1791Kral Baytarlıq Kolleci Birləşmiş KrallıqLondon, İngiltərə 1915-ci ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir.
1916Şərq və Afrika Araşdırmaları Məktəbi (SOAS) Birləşmiş KrallıqLondon, İngiltərə 1916-cı ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir.
1733Sent-George Xəstəxanası Tibb Məktəbi Birləşmiş KrallıqLondon, İngiltərə1838-ci ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir.
1836London Universitet Kolleci Birləşmiş KrallıqLondon, İngiltərə 1836-cı ildən etibarən London Universiteti nəzdnində fəaliyyət göstərən müstəqil bir elmi subyektdir.

Londondakı digər universitetlər

Quruluş tarixiAdıQurucu dövlətYeriKampusQeydlər
1907London İmperial Kolleci Birləşmiş KrallıqLondon, İngiltərə
1908-ci ildən London Universiteti nəzdnində elmi bir subyekt kimi fəaliyyət göstərən ali məktəb, 2007-ci ildə sözügedən qurumun ayrılaraq müstəqil universitet statusu almışdır.
1798London Brunel Universiteti Birləşmiş KrallıqLondon, İngiltərə
1932Kinqston Universiteti Birləşmiş KrallıqLondon, İngiltərə
1891London Metropolitan Universiteti Birləşmiş KrallıqLondon, İngiltərə
1892London Cənubi Bank Universiteti Birləşmiş KrallıqLondon, İngiltərə
1992Middlseks Universiteti Birləşmiş KrallıqLondon, İngiltərə
1850Tvikenhem Sent Meris Universiteti Birləşmiş KrallıqLondon, İngiltərə
1892Şərqi London Universiteti Birləşmiş KrallıqLondon, İngiltərə
1890Qrinviç Universiteti Birləşmiş KrallıqLondon, İngiltərə
1841Rohempton Universiteti Birləşmiş KrallıqLondon, İngiltərə
1986London İncəsənət Universiteti Birləşmiş KrallıqLondon, İngiltərə
1860Qərbi London Universiteti Birləşmiş KrallıqLondon, İngiltərə
1838Vestminster Universiteti Birləşmiş KrallıqLondon, İngiltərə

"Qırmızı kərpic" universitetləri

Quruluş tarixiAdıQurucu dövlətYeriKampusQeydlər
1880Viktoriya Universiteti Birləşmiş KrallıqMançester, İngiltərə
Viktoriya Universiteti Mançester, Lids və Liverpul şəhərlərində kollecləri olan federal bir universitet idi. Nəzdnində fəaliyyət göstərən bütün kolleclər müstəqil universitet statusu aldıqları üçün 1903-cü ildə ləğv edildi.

Beləliklə, sözügedən universitetin bazasında 1903-cü ildə Liverpool Universiteti, 1904-cü ildə Lids Universiteti və ardınca Mançester Viktoria Universiteti yarandı.

1900Birminhem Universiteti Birləşmiş KrallıqBirminhem, İngiltərə Kral imtiyaznaməsi ilə universitet statusu verilən ilk "qırmızı kərpic" universitetidir.
1903Liverpul Universiteti Birləşmiş KrallıqLiverpul, Şotlandiya Viktoriya Universiteti nəzdnində kollec kimi fəaliyyət göstərmişdir. 1903-cü ildə müstəqil universitet statusu almışdır.
1903Mançester Universiteti Birləşmiş KrallıqMançester, İngiltərə Viktoriya Universitetinin subyektlərindən biri kimi fəaliyyət göstərən ali təhsil müəssisəsi sözügedən təhsil qurumunun ləğvindən sonra Mançester Viktoriya Universiteti kimi yenidən formalaşdırıldı və 1903-cü ildə kral nizamnaməsi alaraq müstəqil universitet statusuna sahib oldu.


2004-cu ilə kimi fəaliyyətini Mançester Viktoriya Universiteti olaraq davam etdirən ali təhsil müəssisəsi, həmin tarixdə Mançester Elm və Texnologiya İnstitutu ilə birləşərək, rəsmən Mançester Universiteti adlandı.

1904Lids Universiteti Birləşmiş KrallıqLids, İngiltərə Viktoriya Universiteti nəzdnində kollec kimi fəaliyyət göstərmişdir. 1904-cü ildə müstəqil universitet statusu almışdır.
1897Şeffild Universiteti Birləşmiş KrallıqŞeffild, İngiltərə
1909Bristol Universiteti Birləşmiş KrallıqBristol, İngiltərə
1926Redinq Universiteti Birləşmiş KrallıqRedinq, İngiltərə
1948Nottinqem Universiteti Birləşmiş KrallıqNottinqem, İngiltərə
1963Nyukasl Universiteti Birləşmiş KrallıqNyukasl-apon-Tayn, İngiltərə

"Plitə şüşə" universitetləri

Quruluş tarixiAdıQurucu dövlətYeriKampusQeydlər
1961Saseks Universiteti Birləşmiş KrallıqŞərqi Saseks, İngiltərə Birləşmiş Krallıqda "plitə şüşə" generasiyası universitetləri arasında qurulmuş ilk ali təhsil müəssisəsi hesab olunur.
1963York Universiteti Birləşmiş KrallıqYork, İngiltərə
1963Şərqi Anqlia Universiteti Birləşmiş KrallıqLondon, İngiltərə
1964Esseks Universiteti Birləşmiş KrallıqEsseks, İngiltərə
1964Lankaster Universiteti Birləşmiş KrallıqLankaster şəhəri, İngiltərə
1965Kent Universiteti Birləşmiş KrallıqKent, İngiltərə
1965Vorvik Universiteti Birləşmiş KrallıqKoventri, İngiltərə
1962Kil Universiteti Birləşmiş KrallıqKil, İngiltərə
1964Stratklayd Universiteti Birləşmiş KrallıqQlazqo, Şotlandiya
1966Aston Universiteti Birləşmiş KrallıqBirminhem, İngiltərə
1966Bat Universiteti Birləşmiş KrallıqBat, İngiltərə
1966Bredford Universiteti Birləşmiş KrallıqLondon, İngiltərə
1966Heriot-Vatt Universiteti Birləşmiş KrallıqEdinburq, Şotlandiya
1966Lafboro Universiteti Birləşmiş KrallıqLafboro, İngiltərə
1969Açıq Universiteti Birləşmiş KrallıqMilton-Kins, İngiltərə
1967Salford Universiteti Birləşmiş KrallıqSiti-of-Solford, İngiltərə
1967Dandi Universiteti Birləşmiş KrallıqDandi, Şotlandiya
1967Stirlinq Universiteti Birləşmiş KrallıqStirlinq, Şotlandiya
1966Surrey Universiteti Birləşmiş KrallıqQilford, İngiltərə
1968Olster Universiteti Birləşmiş KrallıqBelfast, Şimali İrlandiya

Yeni universitetlər

Özəl universitetlər

Quruluş tarixiAdıQurucu dövlətYeriKampusQeydlər
1973Bukinqem Universiteti Birləşmiş KrallıqBukinqem, İngiltərə Universitet 1973-cü ildə Bukinqem Universitet Kolleci olaraq qurulmuş, 1983-cü ildə kraliçadan imtiyaznamə almışdır. 2016-cı ilin may ayından etibarən Birləşmiş Krallıqda kral imtiyaznaməsi olan yeganə özəl universitetdir.
1992BPP Universiteti Birləşmiş KrallıqLondon, İngiltərəUniversitet, ABŞ-da fəaliyyət göstərən "Apollo Education Group" kommersiya məqsədli təhsil şirkətinin bir hissəsi olan "BPP Holdings"ə məxsusdur.
1992Arden Universiteti Birləşmiş KrallıqKoventri, İngiltərə
1984London Reqents Universiteti Birləşmiş KrallıqLondon, İngiltərə
1962Hüquq Universiteti Birləşmiş KrallıqLondon, İngiltərə

Digər universitetlər

Reputasiya

Elmi standartlar və təmərküzləşmələr

Əsas məqalə: Rassell qrupu
Rassell qrupu universitetləri

İstinadlar