Bureya çayı

BureyaRusiya Federasiyasınin Xabarovsk diyarıAmur vilayətində çay. Amur çayının sol qolu.[2]

Bureya
evenk Ниман-бирра, evenk Нюмень
Ölkə Rusiya
Region
Vilayət
MənsəbiAmur çayı[1]
Uzunluğu623 km
Su sərfi890 m³/s
Su hövzəsiAmur. Oxot dənizi
Hövzəsinin sahəsi70 700 km²
DSR[ru]20030500112118100041576
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

Sağ Bureya (Ezop silsiləsinin cənub yamaclarından başlanır) və Sol Bureya (Dusse-Alin silsiləsinin qərb yamaclarından başlanır) çaylarının qovuşmasından əmələ gəlir. Uzunluğu 623 km (Sağ Bureyanın başlanğıcından 739 km), hövzəsinin sahəsi 70,7 km². Yuxarı axınında dağ çayıdır (axın sürəti 3–4 m/san). Orta axınında Turan silsiləsinin qollarını kəsir və dar dərə ilə axır. Aşağı axınında Zeya-Bureya düzənliyinə çıxır, dərəsi 10 km-ədək genişlənir. Əsasən, yağış suları ilə qidalanır. Yayda 5–7 dəfə daşqın olur. Daşqın zamanı suyun səviyyəsi bəzən 6–10 m-ə çatır. Ortaillik su sərfi Kamenka kəndi yaxınlığında 913 m³/san-dir. Oktyabrın axırı–noyabrın ortalarından aprelin axırı–mayın əvvəlinədək buzla örtülü olur. Əsas qolları: sağdan Niman, Tuyun, soldan Uqral, Tırma. Ağac axıdılır. Mənsəbindən 197 km məsafədə gəmiçiliyə yararlıdır. Ümumi sahəsi 51,6 km² olan 1,5 mindən çox göl Bureya hövzəsindədir. Üzərində SES və gəmi dayanacaqları (Çekunda, Malinovka və s.) var.

Mənbə

Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. ISBN 978-9952-441-00-0.

İstinadlar