Cırtdan lamantin

Cırtdan lamantin (Trichechus "pygmaeus")[1]Lamantinlərə daxil edilən növ Amazon çayının Aripuanam qolunun hövzəsində yaşayır[2]. Mark van Rusmalenın sözlərinə görə bu canlılar çayın dayazlıqlarında yaşayır və müxtəlif yosunlarla qidalanır. Amazon lamantinləri isə daha dərin ərazilərdə yaşayırlar. Bu canlılar çay boyunca miqrasiya edirlər. Onların kiçik arealda yayılması saylarının azlığı və nəslinin kəsilmə ehtimalını artırır. Ancaq bu Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi tərəfindən təstiqlənməmişdir.[3]

Cırtdan lamantin
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Cırtdan lamantin
Beynəlxalq elmi adı
  • Trichechus pygmaeus

Cırtdan lamantinlər 130 sm uzunluğa və 60 kq çəkiyə malik olurlar. Bu canlılar Sirenlər dəstəsinə aid ən kiçik canlılardır[2]. Tünd rəngə malikdir. Demək olar ki, qaradır. Üzərində ağ nöqtələr vardır[2]. Bəziləri bu canlıları Amazon lamantinlərinin balaları olmasını hesab edirlər. Ancaq bu təstiqini tapmamışdır[2]. DNK analizləri bu canlıların bir-birinə, çox yaxın olduğunu isbat etmişdir. Mutatsiya 485000 il öncə baş vermişdir[2]. Deril Domninq bu canlıların Amazon lamantinlərinin yetkinləşməmiş və cırlaşmış variatı hesab edir[4].

Bu növünə "Trichechus pygmaeus" latın adı verilmişdir. Bununla belə bu növ rəsmən qəbul edilmir.[5]Orijinal təsviri təqdim olunsada qəbul olunmayıb. Lakin sonda 2015-ci ildə Biodiversity Journalda dərc olunub[6]

İstinadlar

Xarici keçidlər