Cəfər Cəfərli

İkinci Qarabağ müharibəsi iştirakçısı

Cəfər Babacəfər oğlu Cəfərli (11 dekabr 1999, Avun, Yardımlı rayonu3 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Cəfərli Cəfər
Cəfər Babacəfər oğlu Cəfərli
Şəxsi məlumatlar
Doğum tarixi11 dekabr 1999(1999-12-11)
Doğum yeri
Vəfat tarixi3 noyabr 2020(2020-11-03) (20 yaşında)
Vəfat yeriXocavənd rayonu
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Xüsusi Təyinatlı Qüvvələr
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
 • Şuşanın azad edilməsi
 • Cəbrayılın azad edilməsi
 • Hadrutun azad edilməsi
 • Murovdağ döyüşləri
Təltifləri"Azərbaycan Bayrağı" ordeni — 2021 "Vətən uğrunda" medalı — 2020 "Cəsur döyüşçü" medalı — 2021 "Füzulinin azad olunmasına görə" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2020 "Cəbrayılın azad olunmasına görə" medalı — 2020 "Şuşanın azad olunmasına görə" medalı — 2020 "Kəlbəcərin azad olunmasına görə" medalı — 2021 "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı

Həyatı

Cəfər Cəfərli 11 dekabr 1999-cu ildə Yardımlı rayonu Avun kəndində anadan olmuşdur[1][2].2006-cı ildə Avun kənd əsas məktəbinin 1-ci sinifinə daxil olmuşdur. 2016-cı ildə şəhid Vüqar Bəndəliyev adına Urakəran kənd tam orta məktəbini bitirib.

Hərbi xidməti

Cəfər Cəfərli 2018-ci ildə hərbi xidmətə yollanmış və xidmətini başa vurduqdan sonra, xidmətinə Xüsusi Təyinatlı Qüvvələrin tərkibində MAXE hərbi qulluqçu kimi davam etmişdir.

Azərbaycan Ordusunun Müddətdən Artıq Həqiqi Hərbi Xidmət Edən əsgəri Cəfər Cəfərli Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəfər Cəfərli 3 noyabr tarixində Xocavənd rayonu uğrunda gedən döyüşlər zamanı şəhid olumuşdur. Onun nəşi şəhid olmasından bir müddət sonra tapılaraq ailəsinə təhvil verilmişdir. 14 dekabr 2020-ci ildə Yardımlı rayonu Avun kəndində dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəfər Cəfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir[3].

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəfər Cəfərli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir[4].

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəfər Cəfərli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdir[5].

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəfər Cəfərli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir[6].

Təltifləri

İstinadlar