Cəfər Eylasov

Cəfər Eylasov (30 sentyabr 2000, Mingəçevir30 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Cəfər Eylasov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriMingəçevir, Azərbaycan
Vəfat tarixi (20 yaşında)
Vəfat yeriFüzuli, Azərbaycan
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2019—2020
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020

Həyatı

Cəfər Yavər oğlu Eylasov 2000-ci il sentyabrın 30-da Mingəçevir şəhərində anadan olub.[1] 2006-2015-ci illərdə Mingəçevir şəhərində 14 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi.

Hərbi xidməti

Cəfər Eylasov 2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Abşeron rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Cəfər Eylasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəfər Eylasov oktyabrın 30-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Mingəçevir şəhərində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəfər Eylasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Təltifləri

İstinadlar