Cəmilli qətliamı

Cəmilli qətliamı[1] və ya Cəmilli faciəsi[2] — 15 dekabr 1991-ci ildə Azərbaycanda, Xocalı rayonunun Cəmilli kəndində erməni hərbi birləşmələriMüstəqil Dövlətlər Birliyinin Birləşmiş Silahlı Qüvvələrinə tabe 366-cı motoatıcı alay tərəfindən törədilmiş qətliam. Hadisə zamanı 9 nəfər mülki şəxs öldürülmüşdür.

Cəmilli qətliamı
Əsas münaqişə: Birinci Qarabağ müharibəsi
Cəmilli kəndi 2011-ci ildə.
Cəmilli kəndi 2011-ci ildə.
Ümumi məlumatlar
39°50′22″ şm. e. 46°43′18″ ş. u.
YeriCəmilli, Xocalı rayonu, Azərbaycan
Tarix15 dekabr 1991
Hücum metoduişğal, qətl, qarət, odvurma
Silah(lar)odlu silah
Ölü sayı
  • 9
Qatil sayınaməlum
Törədən(lər)Erməni hərbi birləşmələri
366-cı motoatıcı alay

Qətliam

13 dekabr 1991-ci ildə erməni hərbi birləşmələriMüstəqil Dövlətlər Birliyinin Birləşmiş Silahlı Qüvvələrinə tabe 366-cı motoatıcı alay Azərbaycanın Xocalı rayonunun Cəmilli kəndin mühasirəyə almışdı.[3] 14–15 dekabr tarixlərində[3] kəndə hücum etmişdilər.[2][4] İlk növbədə kənd artilleriya atəşinə tutulmuşdur. Cəmillini yerli özünümüdafiə dəstəsi və Ağcabədi rayonundan olan polis dəstəsi müdafiə edirdi. Bir neçə saat davam edən kütləvi atəşdən sonra onlar kəndə nəzarəti ələ keçirmişdir. Kəndə soxulan silahlılar əvvəlcə 14 evi yandırmış, sonra qarət etməyə başlamışdılar.[3] Bu zaman 9 nəfər azərbaycanlı mülki şəxs öldürülmüşdür.[2] Qətliamın şahidi Tehran İbadovun sözlərinə görə, ermənilər meyitləri qarət edir və məsxərəyə salırdılar.[3] Qətliamın qurbanlarının siyahısı:[2]

  • Xıdır Cabbarov
  • Vaqif Ca­vadov
  • Əhməd Cavadov
  • Fikrət Mehdiyev
  • Vaqif Sadıqov
  • Natiq Salahov
  • Şakir Salahov
  • Məmməd Zeynalov
  • Bəhram İsmayılov

Qətliam zamanı Cəmilli kəndi tamamilə yandırılmışdır.[5] Cəmillinin əhalisinin qalan hissəsi məcburi köçkün olmuşdur.[6] "Memorial" hüquq-müdafiə təşkilatı Birinci Qarabağ müharibəsi zamanı Cəmillinin azərbaycanlı sakinlərinin, eləcə də ərazidəki bir neçə kəndin əhalisinin məcburi köçürülməsi barədə məlumat yaymışdır.[7] Xocalı soyqırımının şahidlərindən olan Qənahət Hacıyev bildirmişdir ki, Cəmilli sakinləri kənddən "çıxmaq istəmirdi" çünki onlar ermənilərin "bu qədər insanı öldürə biləcəyi"nə inanmırdılar, hökumət qüvvələrinin kömək edəcəyinə inanırdılar.[1]

Azərbaycan jurnalisti Qulu Məhərrəmli Cəmilli faciəsini digər qətliamlar ilə birlikdə Azərbaycanın "iyirminci əsr tarixinin faciəli bir səhifəsi" adlandırmışdır.[8]

İstinadlar

Xarici keçidlər