Cavid Kərimov

Cavid Mərdan oğlu Kərimov (23 fevral 1999-cu ildə doğulub) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Cavid Kərimov
Cavid Mərdan oğlu Kərimov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriYevlax
Vəfat tarixi (21 yaşında)
Vəfat yeriSuqovuşan (Tərtər)
Vəfat səbəbiŞəhid
VətəndaşlığıAzərbaycan Azərbaycan
MilliyyətiAzərbaycanlı
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
RütbəsiƏsgər
Təltifləri"Vətən uğrunda" medalı "Suqovuşanın azad olunmasına görə" medalı

Həyatı

Cavid Kərimov 23.02.1999 tarixində Yevlaxda anadan olmuşdur.[1]

Hərbi xidməti

İkinci Qarabağ müharibəsində iştirakı

Cavid Kərimov 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan və Murov dağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Yevlax Şəhidlər xiyabanında dəfn edilib.Təltifləri:Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıdığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.Suqovuşanın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.Döyüş əməliyyatlarında şəxsi igidlik və cəsurluq nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

Təltifləri

İstinadlar