Coşğun Bayramov

Coşğun Ənvər oğlu Bayramov (25 may 1991, Qəmərvan, Qəbələ rayonu8 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Coşğun Bayramov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriQəmərvan, Qəbələ, AzSSR
Vəfat tarixi (29 yaşında)
Vəfat yeriTərtər rayonu, Azərbaycan
Dəfn yeriQəmərvan, Qəbələ, Azərbaycan
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2020
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Madagizin azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020

Həyatı

Coşğun Bayramov 1991-ci il mayın 25-də Qəbələ rayonunun Qəmərvan kəndində anadan olub.[1] Ailəli idi. Bir oğlu yadigar qaldı.

Hərbi xidməti

Azərbaycan Ordusunun əsgəri olan Coşğun Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Coşğun Bayramov oktyabrın 8-də Madagizin azad edilməsi zamanı şəhid olub. Qəbələ rayonunun Qəmərvan kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Coşğun Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Təltifləri

İstinadlar