Elçin Quliyev (əsgər, 1998)

Elçin Rövşən oğlu Quliyev (7 oktyabr 1998; Quzanlı, Ağdam, Azərbaycan — 28 oktyabr 2020; Tap Qaraqoyunlu, Goranboy, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1][2]

Elçin Quliyev
Elçin Rövşən oğlu Quliyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriQuzanlı, Ağdam, Azərbaycan
Vəfat tarixi (28 yaşında)
Vəfat yeriTap Qaraqoyunlu, Goranboy, Azərbaycan
Vəfat səbəbiŞəhid
Dəfn yeriQuzanlı qəsəbəsi Şəhidlər Xiyabanında
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Madagizin azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020, "Cəsur döyüşçü" medalı — 2020, "Suqovuşanın azad olunmasına görə" medalı — 2021

Həyatı

Elçin Quliyev 1992-ci il noyabrın 18-də Ağdam rayonunda, Quzanlıda anadan olub. Daha sonra Bərdə rayonu Qaradağlı kəndində məskunlaşmışdıtlar. 2010–2011-ci illərdə müddətli hərbi xidmət çəkmişdir.[3][4] 2017-ci ildən etibarən müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır. 2 övladı olan şəhidin ölümündən sonra bir övladı da dünyaya gəlmişdir.

Hərbi xidmətləri

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elçin Quliyev Madagizin azad edilməsində savaşıb. O, düşmən bölmələrinin yerləşdiyi 1444 m yüksəkliyində düşmənin çoxlu sayda canlı qüvvəsini məhv edib və şücaət göstərib. Elçin Quliyev, 2020-ci il oktyabrın 28-da Goranboy rayonu Tapqaraqoyunlu kəndi, Kəhrilər xarabalığı istiqamətində düşmən tərəfindən odlu silahla və diğər silah növlərindən atılan mərminin partlayışı nəticəsində şəhid oldu. 28 noyabr 2020-ci ildə Ağdam rayonu Quzanlı qəsəbəsində Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[5]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Quliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[6]

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elçin Quliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[7]

Təltifləri

İstinadlar