Elşən Səmədov

Elşən Səlim oğlu Səmədov (20 iyul 1997; Göylər, Şamaxı rayonu, Azərbaycan - 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Aprel döyüşləri şəhidi.

Elşən Səmədov
Elşən Səlim oğlu Səmədov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriGöylər, Şamaxı rayonu, Azərbaycan
Vəfat tarixi (18 yaşında)
Vəfat yeriAzərbaycan
Vəfat səbəbiŞəhid olmuşdur
Dəfn yeriGöylər, Şamaxı rayonu, Azərbaycan
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2016
RütbəsiƏsgər
Təltifləri"Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı — 2016

Həyatı

Elşən Səmədov 1997-ci il 20 iyulda Şamaxı rayonunun Göylər kəndində anadan olub.

Hərbi xidməti

Əsgər Elşən Səmədov, 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 9-da isə Elşən Səmədov, doğulduğu Şamaxı rayonunun Göylər kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Elşən Səmədov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Elşən Səmədov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

İstinadlar