Elburus Yusifov

Elburus Şəmsi oğlu Yusifov (12 may 1985, Ağdam, Tovuz rayonu1 oktyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.

Elburus Yusifov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriAğdam, Tovuz, Azərbaycan SSR
Vəfat tarixi (35 yaşında)
Vəfat yeriKəlbəcər rayonu, Azərbaycan
Dəfn yeriAğdam, Tovuz, Azərbaycan
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2003—2005 / 2009—2020
Rütbəsi Kiçik çavuş
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Murovdağ döyüşləri
Təltifləri"Vətən uğrunda" medalı — 2021

Həyatı

Elburus Yusifov 1985-ci il mayın 12-də Tovuz rayonunun Ağdam kəndində anadan olub.[1] 1991-2002-ci illərdə N. Yusifov adına Ağdam kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. 2 oğlu yadigar qaldı. Onun xalası oğlu — 2020-ci ilin Tovuz döyüşləri zamanı şəhid olan baş əsgər Elşad Məmmədovdur.

Hərbi xidməti

Elburus Yusifov 2003-2005-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. 2020-ci ilin 12-15 iyulunda baş verən Tovuz döyüşlərində savaşıb.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Elburus Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Elburus Yusifov oktyabrın 1-də Murovdağ döyüşləri zamanı şəhid olub.[2] Nəşi uzun müddət tapıla bilməyib. 21.12.2020-ci il tarixində Tovuz rayonunun Ağdam kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elburus Yusifov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]

Təltifləri

İstinadlar