Eldəniz Nəzərov

Nəzərov Eldəniz Dəmir oğlu (6 yanvar 1970, Yeni Daşkənd, Bərdə rayonu25 avqust 1993, Bərdə) — Qarabağ müharibəsi şəhidi.

Nəzərоv Еldəniz
Nəzərоv Еldəniz Dəmir оğlu
Şəxsi məlumatlar
Doğum tarixi6 yanvar 1970(1970-01-06)
Doğum yeri
Vəfat tarixi25 avqust 1993(1993-08-25) (23 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
AtasıNəzərоv Dəmir
AnasıHüseynova Səhnə
Təhsili
  • Yasif Kərimov adına Yeni Daşkənd kənd tam orta məktəbi[d]
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüQuru qoşunları
RütbəsiƏsgər
DöyüşlərQarabağ müharibəsi

Həyatı

Nəzərov Eldəniz Dəmir oğlu 6 yanvar 1970-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olmuşdur. 1977–1987-ci illərdə Yeni Daşkənd kənd orta məktəbində oxumuşdur.[1]

Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir.

10 noyabr 1992-ci ildə Bərdə RHK tərəfindən Milli Orduya çağırılmışdır. N saylı hərbi hissənin atıcısı olmuşdur. Müxtəlif silahlardan istifadə etməyi məharətlə bacarmış, Marağa, Marquşavan döyüşlərində 9 erməni silahlısını əsir götürərək hərbi hissəyə təhvil vermişdir. Ayrı-ayrı vaxtlarda xeyli sayda düşmənin canlı qüvvəsini də məhv etmişdir.

Sıravi əsgər Eldəniz Nəzərov 25 avqust 1993-cü ildə Ağdam rayonundakı döyüşlərdə ağır yaralanmış, Bərdə rayon xəstəxanasına çatdırılsa da, şəhid olmuşdur.[2]

Bərdə rayonunun Yeni Daşkənd kəndində dəfn olunmuşdur.[3]

Subay idi.

Xatirəsi

EL TV "Əsgər" verilişinin 2015-ci il tarixli "Qarabağ şəhidləri" rubrikasında Eldəniz Nəzərovun həyatı və döyüş yolu haqqında sənədli film yayımlamışdır.

İstinadlar