Elmar Nəsibov

Elmar Şirzad oğlu Nəsibov (19 sentyabr 1987; Sumqayıt, Azərbaycan SSR12 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi.

Elmar Nəsibov
Şəxsi məlumatlar
Ləqəbi"Şahin gözlü"
Doğum tarixi
Doğum yeriSumqayıt, Azərbaycan SSR
Vəfat tarixi (33 yaşında)
Vəfat yeriFüzuli rayonu, Azərbaycan
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2020
Rütbəsi Gizir
Vəzifəsikəşfiyyatçı, snayper
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020

Həyatı

Elmar Nəsibov 1987-ci il sentyabrın 19-da Sumqayıt şəhərində anadan olub.[1]

Hərbi xidməti

Azərbaycan Ordusunun giziri olan Elmar Nəsibov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elmar Nəsibov oktyabrın 12-də Füzulinin azad edilməsi zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Nəsibov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Nəsibov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Təltifləri

İstinadlar