Ermənistanda prezident seçkiləri (2013)

2013-cü il Ermənistan Respublikası prezidenti seçkiləriErmənistan Prezidenti postuna keçiriləcək 6-cı seçkilərdir. Seçkilər 18 fevral, 2013 tarixində keçirildi. Ölkənin 3-cü prezidenti Serj Sarqsyan səslərin 58%-ni toplayaraq qalib gəldi və ikinci müddətə prezident seçildi. Onun əsas rəqibi Raffi Hovanisyan səslərin 36%-ni qazandı və ikinci yeri tutdu. Qalan 5 namizəd ümumilikdə səslərin qalan 4%-ini aldı.

← 2008  Ermənistan  2018 →
Ermənistanda Prezident seçkiləri (2013)
18.02.2018
Namizəd Serj Sarqsyan Raffi Hovanisyan Hrant Bagratyan
Partiya Respublikan Partiyası İrs Partiyası Partiyasız
Səslər 861,160
(58.64 %)
539,672
(36.35%)
31,643
(2.15%)
Seçkilərin qalibi 3-cü prezident S. Sarqsyan

Seçkidən əvvəl vəziyyət

Son prezident seçkilərində Respublikan partiyanın sədri Serj Sarqsyan səslərin 52%-ni qazanaraq qalib gəldi. 2012-ci ildə Ermənistanda keçirilən parlament seçkilərində Respublikan Partiyası səslərin 70%-ni aldı və parlamentdə 151 yerdən 69-una sahib oldu. Çiçəklənən Ermənistan partiyası 37 yer, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın liderlik etdiyi Ermənistan Milli Konqresi isə 7 yer qazandı. Seçkilərdən sonra əsas müxalif partiyalar seçkilərin nəticələrinin düzgün olmadığını və seçkilərin qeyri-şəffaf keçdiyini bildirdi. Keçirilən son sorğulara əsasən 2013-cü ildə prezident seçkilərində qələbəyə ən böyük namizad hazırkı prezident S. Sarqsyandır.

Sarqsyanın seçkilərdə əsas rəqibi R. Hovanisyan

Namizədlərin qeydiyyatı

2012-ci ilin dekabr ayında namizədlərin qeydiyyatı prosesi başlandı. 15 dekabr tarixində S. Sarqsyan seçkilərdə namizədliyini irəli sürdü. 25 dekabr tarixində L. Ter-Petrosyan seçkilərdə iştirak etməyəcəyini bildirdi. Namizədlərin qeydiyyatı 2013-cü ilin 4 yanvar tarixinə qədər aparılırdı. 15 potensial namizəd arasından 8 nəfər MSK tərəfindən rəsmən 2013-cü il prezident seçkilərində namizəd kimi qeydə alındı. Aram Harutyunyan namizədliyini irəli sürsədə fevral ayının 8-ində bir günlük aclıq aksiyasından sonra namizədliyini geri götürdü. Bununla da seçkilərdə 7 namizəd mübarizə apardı.

Namizədlər

  • Serj Sarqsyan, Ermənistan Respublikasının 3-cü prezidenti, hakim Respublikan Partiyasının sədri.
  • Raffi Hovanisyan, Ermənistanın ilk Xarici İşlər Naziri (1991–1992).
  • Paruyr Ayrikyan, erməni siyasətçi.
  • Hrant Baqratyan, Azadlıq Partiyasının sədri, Ermənistanın baş naziri (1993–1996)
  • Andreas Ghukasyan, politoloq, radio direktoru.
  • Vardan Sedrakyan, Yomax eksperti.
  • Arman Melikyan, siyasətçi, 2008-ci il seçkilərində prezidentliyə namizəd.

Seçki kampaniyası

Seçki kampaniyasına 21 Yanvar 2013 tarixində start verildi. Kampaniya 16 Fevral tarixində başa çatacaq. 17 fevral sükut günüdür. Seçkilər 18 Fevral tarixində keçiriləcək.

Yanvarın 31-i gecə saatlarında prezidentliyə namizəd Paruyr Ayrikyana qarşı sui-qəsd nəticəsində Ayrikyan güllə yarası aldı.

Sorğular

Seçki qabağı sorğuların nəticələri:

Mənbə
Sorğunun tarixi
Sarqsyan
Hovannisian
Bagratyan
Ayrikyan
Digərləri
İştirak edənlər
TNS opinion31 Yanvar — 5 Fevral 2013
58
332.84.91.3Qərar vermiş seçicilərdən
Baltic Surveys/The Gallup Organization25 Yanvar — 2 Fevral 2013
69
115510Qərar vermiş seçicilərdən
VTSIOM25–29 Yanvar
61
27453Qərar vermiş seçicilərdən
Baltic Surveys/The Gallop Organization15–23 Yanvar
66
10441.616% qərarsız idi
Eufoa15–20 Yanvar
68.6
20.8551.5Qərar vermiş seçicilərdən
SociometerDekabr 2012
72
205.631.4Qərar vermiş seçicilərdən

Exit-poll

18 fevral tarixində keçirilən seçkilərdən sonra exit-polun nəticələri

The Baltic Surveys/The Gallup Organizationun keçirdiyi sorğulara əsasən S. Sarqsyan 58%, R. Hovanisyan 32% səs almışdı.

Nəticələr

Seçkilərin ilkin nəticələri fevralın 19-unda açıqlandı. Seçkilərdə namizədlərin 60,05%-i iştirak etdi. S. Sarqsyan qalib gəldi. Seçkilərin yekun nəticələri gələn həftə təsdiq olunacaq.

NamizədPartiyaSəslər%
Serj SarqsyanRespublikan Partiyası861,16058.64%
Raffi Hovanisyanİrs Partiyası539,67236.75%
Hrant BagratyanAzadlıq Partiyası31,6432.15%
Paruyr AyrikyanMilli Seçim Bloku18,0931.23%
Andreas GusakyanPartiyasız8,3280.57%
Vardan SedrakyanPartiyasız6,2030.42%
Arman MelikyanPartiyasız3,5160.24%
Ümumi1,468,615100%

Mənbə