FİFA Fair Play Mükafatı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keçAxtarışa keç
FİFA Fair Play Mükafatı bayrağı.

FIFA Fair Play Mükafatı — Fifa tərəfindən tanınan, fair play ruhunda və təbliğində olan nümunəvi davranışı qiymətləndirən mükafatdır. İlk dəfə 1987-ci ildə təqdim olunmuşdur. Bu mükafat həm fərdi, həm də komanda, azərkeşlər, tamaşaçılar, futbol federasiyaları/assossasiyaları, futbol icmasına təqdim edilə bilir. İllik olaraq bir və ya bir neçə mükafat təqdim edilir. Lakin mükafat 1994-cü ildə heç kəsə təqdim olunmamışdır.

Qaliblərmənbəni redaktə et

İstinad[1]

İlQalibSəbəbQeyd
1987Şotlandiya Dandi Yunayted azərkeşləriAzərkeşlərin 1987-ci il UEFA kuboku finalında qalib gəlmiş Göteborq FK klubuna qarşı nümunəvi davranışına görə.[2]
1988Almaniya Frank OrdenevitzKöln FK və Verder Bremen FK arasında oynanılan matçda nümunəvi idmançı davranışına uyğun olaraq penalti ərazisində əli ilə oynadığını hakimə etiraf etdiyinə görə.
Cənubi Koreya 1988-ci il Seul Yay Olimpiya oyunlarında futbol turnirinin azərkeşləri.Azərkeşlər göstərdikləri idman və kompazisiya davranışı ilə dərin bir iz buraxdıqlarına görə
1989Trinidad və Tobaqo Trinidad və Tobaqo azərkeşləri.1989-cu il KONKAKAF kuboku çərçivəsində keçirilmiş sonuncu ev matçında ABŞ millisinə məğlub olmalarına baxmayaraq idmançı davranışına görə.
1990İngiltərə Hari Lineker15 illik peşəkar futbolçu karyerası ərzində heç bir sarı və ya qırmızı kart almamasına görə.
1991İspaniya İspaniya Futbol FederasiyasıHökumətin nümunəvi davranışı, media, məktəblər, sənətçilər və sponsorların hamısının fair play fəaliyyətlərinə qoşulduqlarına görə.
Braziliya JorjinyoStadion daxilində həmçinin xaricində təkrarolunmaz karyera və nümunəvi davranışı səbəbindən.
1992Belçika Belçika Futbol Assossasiyası"Sülh çərçivəsində Futbol" adlı kompaniya ilə fair play təbliğində və Meksikanın Toluka şəhərində Casa Hogar adlı yardım kompaniyasının təşkili səbəbindən.
1993Macarıstan Nandor HideqkutiHəm futbolçu həm də məşqçi kimi nümunəvi davranışına görə.
Zambiya Zambiya Futbol Assossasiyası1993-cü ildə Zambiya millisinin təyyarə qəzasına uğramasından sonra yenidən milli komandanın bərpa olunmasına yönələn cəhdlərinə görə.
1994Mükafat təqdim olunmayıb
1995Fransa Jaskes QlassmanValensien FK və Olimpik Marsel FK klubları arasında yaşanmış rüşvət qalmaqalında cəsarətli davranışı səbəbindən.
1996Liberiya Corc VeaOyuna olan sevgisini nümayiş etdirdiyi və mümkün olan ən geniş ictimaiyyətə Fair Play mesajını ötürdüyünə görə.
1997İrlandiya İrlandiya azərkeşləri1998-ci il FİFA Dünya Çempionatının seçmə mərhələsinin Play-off mərhələsində Belçika millisinə qarşı keçirilən matçda nümunəvi davranışlarına görə.[3]
Slovakiya Yozef Zovineç (Slovak həvəskar oyunçu)60 illik həvəskar futbolçu karyerası ərzində sarı kart almamasına görə.
ABŞ Culi FudiUşaq əməyinin əksinə yönəlmiş cəhdlərinə görə, bu mükafatı qazanan ilk qadın və amerikalı kimi tarixə düşmüşdür.
1998ABŞ ABŞ Futbol FederasiyasıAralarındakı 20 ilə yaxın olan siyasi gərginliyə baxmayaraq 1998-ci il FİFA Dünya Çempionatı matçında idmançıya yaraşan davranışlarına görə.
İran İran Futbol Federasiyası
Şimali İrlandiya Şimali İrlandiya Futbol AssossasiyasıBelfastda keçirilən Kliftonvill FK və Lindfild FK matçında KatolikProtestant icmalarının yenidən birləşməsinə yönəlmiş cəhdlərinə görə.
1999Yeni Zelandiya Yeni Zelandiya Futbol Assossasiyası1999-cu il FIFA U-17 Dünya Çempionatının ölkəsində keçirilməsi üçün yönəlmiş cəhdlərinə görə.
2000Cənubi Afrika Respublikası Lukas RadebeCənubi Afrika Respublikasında uşaqlarla birgə işlədiyinə və futbolda olan rasizmə qarşı işləyəcəyi ilə bağlı öhdəliyinə görə.
2001İtaliya Paolo Di KanioRəqib komandanın qapıçısı Paul Cerrard zədələndiyi zaman topu əlinə götürərək oyunu dəyandırmasına görə
2002YaponiyaCənubi Koreya YaponiyaCənubi Koreya Futbol İcmaları2002-ci il Futbol üzrə Dünya Çümpionatını birlikdə keçirməklə qardaşlıq və centlimenlik nümayiş etdirdikləri üçün.
2003Şotlandiya Seltik FK azərkeşləri2003-cü il UEFA Kubokunun finalında oyuna əlavə edilən vaxtda Portu FK klubuna 3-2 uduzmalarına baxmayaraq Seltik FK azərkeşlərinin nümunəvi davranışına görə.
2004Braziliya Braziliya Futbol KonfederasiyasıBraziliyaHaiti yığmaları arasında keçirilmiş “Sülh uğrunda oyun” adı ilə tanınan matçda biletlərdən gələn gəlirin silahla dəyişdirilməsi təklifinə görə.
2005Peru Ikitos, Peru İcması2005-ci il FIFA U-17 Dünya Çempionatının təşkili üçün göstərdiyi səmimi dəstək və köməyinə görə.
2006Almaniya 2006-cı il FIFA Dünya Çempionatının azərkeşləriStadion daxilində həmçinin kənarında azərkeşlərin fair play, qarşılıqlı hörmətxüsusi ab-hava yaratdıqlarına görə.
2007İspaniya Barselona FKGəlirli uniforma razılaşmasını rədd edərək əvəzində UNİCEF loqosunun əks olunduğu formanı qəbul etdiyinə görə[4]
2008Türkiyə Türkiyə Futbol FederasiyasıAralarında hər hansı siyasi diplomotik əlaqələrin olmamasına baxmayaraq hər 2 ölkənin cəsarətli şəkildə dialoqa girməsi səbəbi ilə.[5]
Ermənistan Ermənistan Futbol Federasiyası
2009İngiltərə Bobbi RobsonHəm məşqçi həm də futbolçu karyerası ərzində göstərdiyi fair play davranışına görə ölümündən sonra bu mükafata layiq görülmüşdür.[6]
2010Haiti Qadınlardan ibarət U-17 Haiti millisi2010-cu il Haiti zəlzələsindən sonra sıxıntılı çətinliklər səbəbi ilə.[7]
2011Yaponiya Yaponiya Futbol Federasiyası2011-ci il Yaponiyada baş vermiş zəlzələdən sonra ölkənin Qadınlardan ibarət millisinin 2011-ci il FİFA Dünya Cempionatındakı qalibiyyətinə görə.
2012Özbəkistan Özbəkistan Futbol FederasiyasıFair Play və yarışmanı nümayiş etdirmək eksklüziv olaraq qarşılıqlı deyil, bir-birinin tamamıdır.
2013Əfqanıstan Əfqanıstan Futbol FederasiyasıMüharibə və qarışıqlığın hökm sürdüyü bir mühitdə futbola olan birlik nümayişinə görə.[8]
2014Braziliya Kanada Kosta-Rika Mərkəzi Afrika Respublikası Dünya Çempionatı könüllüləri2014-cü il Dünya Çempionatı, 2014-cü il U-20 Qadınlararası Dünya Çempionatı, 2014-cü il U-17 Qadınlararası Dünya Çempionatı və 2014-ci il FİFA Klublararası Dünya Çempionatının təşkilində könüllülərin göstərdikləri yorulmaz dəstəyi, işi, həvəsi qiymətləndirmək üçün.
2015Bütün futbol təşkilatlarının qaçqınlara dəstək nümayiş etdirməsi.Münaqişələrin siması sayılan qaçqınlara dəstək nümayişinə görə. Cerald Asamoa tərəfindən təşkil edilmişdir.
2016Kolumbiya Atletiko NasionalTəyyarə qəzasından sonra CONMEBOL-a müraciət edərək 2016 Sudamerikana kubokunun "Şapekoense" klubuna vermələrini tələb etdiklərinə görə.

Qeydlərmənbəni redaktə et

  • 1988-ci il May ayının 7-də Bundesliqa oyunu çərçivəsində Verder Bremen FK və Köln FK arasında oynanılan matçda Verder Bremen oyunçusu penalti ərazisində əli ilə oynadığını hakimə etiraf etdi. Matçı Köln FK 2-0 qazandı. Növbəti il o, Köln FK klubuna keçdi.
  • Karoline Hanlon azərkeşlər adından qəbul olundu.

2010-cu ildə İrlandiya Futbol Federasiyası mübahisəli Fransa - İrlandiya (2010-cu il Dünya çempionatı Pley off) matçından sonra onlara təklif edilən Fair Play mükafatından imtina etmişdir. Onun belə davranışı səbəbi ilə Futbol Assossasiyasının Baş icraçı direktoru Yozef Blatter haqda bunları demişdir: "Özünə və FİFA-ya qarşı xəcalətdir bu" .

İstinadlarmənbəni redaktə et

Naviqasiya menyusu