Fərhad Fərhadlı

Fərhad Vüqar oğlu Fərhadlı (azərb. Fərhadlı Fərhad Vüqar oğlu‎) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi

Fərhad Fərhadlı
Fərhad Vüqar oğlu Fərhadlı
Şəxsi məlumatlar
Doğum tarixi8 dekabr 1993(1993-12-08)
Doğum yeri
Vəfat tarixi20 oktyabr 2020(2020-10-20) (26 yaşında)
Vəfat yeri
Vəfat səbəbişəhid olub
Dəfn yeri
Vətəndaşlığı
MilliyyətiAzərbaycanlı
Təhsili
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2016–2017, 2020
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020"Cəbrayılın azad olunmasına görə" medalı — 2021"Xocavəndin azad olunmasına görə" medalı — 2021

Həyatı

Fərhad Vüqar oğlu Fərhadlı 8 dekabr 1993-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2011-ci ildə Sumqayit şəhər 12№ li orta məktəbi bitirib, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin BBA fakültəsinin Menecment ixtisası üzrə təhsil almağa başlamışdır. 2015-ci ildə Universiteti bitirib, 2016-cı ildə Hərbi xidmətə yollanmışdır. Aprel doyüşləri zamanı hərbi xidmətdə olub. 2017–2018-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin İdarə olunması ixtisası üzrə magistr təhsilini almışdır. İş həyatına Gilan Holdinqdə başlayıb, sonra isə Kapital bankda davam etmişdir.

Hərbi xidməti

Fərhad Fərhadlı 21 sentyabr 2020-ci il tarixində hərbi təlimlərə qatılmışdır. O, bir həftə təlim keçdikdən sonra 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşmışdır. 20 oktyabr Cəbrayıl uğrunda gedən döyüş zamanı yaralı daşıyan sırada şəhid olur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərhad Fərhadlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[1]

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərhad Fərhadlı ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 21.06.2021-ci il tarixli Sərəncamına əsasən Fərhad Fərhadlı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Təltifləri

İstinadlar