Fərid İlyasov

İkinci Qarabağ müharibəsi iştirakçısı

Fərid İbad oğlu İlyasov (20 iyul 199930 oktyabr 2020, Dağlıq Qarabağ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Fərid İlyasov
Şəxsi məlumatlar
Doğum tarixi20 iyul 1999(1999-07-20)
Vəfat tarixi30 oktyabr 2020(2020-10-30) (21 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Döyüşlər
Təltifləri3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2022 "Vətən uğrunda" medalı "Xocavəndin azad olunmasına görə" medalı — 2020 "Şuşanın azad olunmasına görə" medalı — 2020 "Hərbi xidmətlərə görə" medalı — 2020

Həyatı

Fərid İlyasov 20 iyul 1999-cu ildə doğulub.[1] Əslən Laçın rayonunun Hacılar kəndindəndir.

2006-cı ildə Laçın rayon Sadınlar kənd tam orta məktəbin 1-ci sinfinə gedib və 2010-cu ildə təhsilini Binəqədi rayonunun 28 May qəsəbəsində yerləşən 306 saylı tam orta məktəbdə davam etdirib. Orta təhsilini 2016-cı ildə bitirən Fərid 2017-ci ilin iyulunda Laçın Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb.

Hərbi xidməti

Beyləqan ərazisində yerləşən "N"saylı hərbi hissəsində əsgər olub və 2018-ci ilin yanvarında hərbi xidmətini başa vurub. Fərid hərbi xidmətdən döndükdən sonra saç ustası işləyirdi.

Naxçıvan Xüsusi Təyinatlı Dəstədə xidmətə başlayan Fərid 2 ildən çox idi ki xidmət edirdi.

2020-ci ilin sentyabrında başlayan Vətən Müharibəsinin 12-ci günündə Naxçıvandan Qarabağa döyüşə aparırlar.

F.İlyasov 2020-ci il oktyabrın 30-da şəhidlik zirvəsinə ucaldı.

Fərid xüsusi təyinatlılarda xidmət etdiyi müddətdə fəxri fərmanlar və fərqləndirmələrlə təltif olunmuşdu.

Təltifləri

İstinadlar