Fərid Dursunov

Fərid Fazil oğlu Dursunov (26 iyul 1986, Qax rayonu28 sentyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi.

Fərid Dursunov
Şəxsi məlumatlar
Doğum tarixi26 iyul 1986(1986-07-26)
Doğum yeri
Vəfat tarixi28 sentyabr 2020(2020-09-28) (34 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2008—2020
RütbəsiKapitan
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Murovdağ döyüşləri
Təltifləri"Vətən uğrunda" medalı "Kəlbəcərin azad olunmasına görə" medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı

Həyatı

Fərid Dursunov 1986-cı il iyulun 26-da Qax rayonunun Qorağan kəndində Fazil və Mirvari Dursunovların ailəsində anadan olub.[1] Fərid Dursunov 1992-ci ildə Qax rayonunda Səfa Rəhimov adına Qorağan kənd tam orta məktəbinin birinci sinfinə qəbul olub və 2003-cü ildə oranı bitirib. Orta təhsilini başa vurandan sonra sənədlərini Azərbaycan Ali Hərbi Məktəbi (AAHM) verən Fərid Dursunov, 2008-ci ildə oranı bitirir və xarici dövlətə qısa müddətli təlimlətə göndərilir.

Məryəm Dursunova ilə ailəli idi. Ömər və İsa adında oğulları yadigar qaldı.

Hərbi xidməti

Azərbaycan Ordusunun kapitanı olan Fərid Dursunov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Kəlbəcər rayonunun Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Fərid Dursunov sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub. Qax rayon Qorağan kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Dursunov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Dursunov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Qalatasaraya olan sədaqəti

Kapitan Fərid Dursunov "Qalatasaray" Futbol Klubunun sadiq fanatlarından idi.[4] Fərid Dursunov İkinci Qarabağ müharibəsi zamanı döyüşlərə qatılmazdan əvvəl şəhid olacağı halda məzarının yanında Azərbaycan bayrağı ilə yanaşı "Qalatasaray"ın bayrağının ucaldılmasını vəsiət eləmişdi.[5][6][7][8] Onun vəsiətinin sosial medialarda ictimailəşməsindən sonra "Qalatasaray" İdman Klubu özünün rəsmi twitter hesabında Fərid Dursunovun məzarının fotosunu paylaşdı və başsağlığı mesajını yayımladı.[7]

"Şəhid olsam məzarıma Azərbaycan bayrağı ilə birgə Qalatasaray bayrağını asın" deyən və vəsiəti yerinə yetirilən Şəhid Fərid Dursunov ilə birgə bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Qalatasaraylılıq ölməz…

Ardınca isə "Qalatasaray" İdman Klubunun başqan yardımcısı Yusuf Günay şəhidin atası Fazil Dursunova zəng elədi və başsağlığı verdi.

Təltifləri

İstinadlar