Fərid Hüseynov (əsgər, 1997)

əsgər, 1997

Fərid Yaşar oğlu Hüseynov (17 iyun 1997; Məmişlər, Sabirabad rayonu, Azərbaycan31 oktyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Fərid Hüseynov
Fərid Yaşar oğlu Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriMəmişlər, Sabirabad rayonu, Azərbaycan
Vəfat tarixi (23 yaşında)
Vəfat yeriŞuşa, Azərbaycan
Dəfn yeriQaralar, Sabirabad rayonu, Azərbaycan
VətəndaşlığıAzərbaycan Azərbaycan
AtasıYaşar Hüseynov
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2015-2016; 2020
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
 • Şuşanın azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020 "İgidliyə görə" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020

Həyatı

Fərid Hüseynov 17 iyun 1997-ci ildə Sabirabad rayonunun Məmişlər kəndində anadan olmuşdur.[1] Fərid Hüseynovun ailəsində 3 uşaq olub — özü və bacıları Günay və Aytən. 2004-cü ildə orta məktəbin birinci sinfinə daxil olmuşdur.

Hərbi xidməti

Orta məktəbi bitirdikdən sonra 2015-ci ilin iyulunda müddətli həqiqi hərbi xidmətə çağırılmış və 2016-cı ilin yanvarında hərbi xidmət müddətini başa vurmuşdur.

Fərid Hüseynov 21 sentyabr 2020-ci ildə Sabirabad Rayonu Hərbi Komissarlığı tərəfindən səfərbərliyə çağırılmışdır.

Azərbaycan Ordusunun əsgəri olan Fərid Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. FüzulininŞuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Fərid Hüseynov 31 oktyabr 2020-ci ildə Şuşa istiqamətində qarşı tərəfin artilleriyasından atılan atəş nəticəsində həlak olmuşdur. Nəşi Sabirabad rayonunun Qaralar kəndində yerləşən qəbiristanlıqda torpağa tapşırılmışdır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Hüseynov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[3]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Hüseynov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

Təltifləri

İstinadlar