Fərid Məmmədzadə (əsgər)

Fərid Mehman oğlu Məmmədzadə (20 avqust 2000; Ağdaş, Azərbaycan4 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Fərid Məmmədzadə
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriAğdaş, Azərbaycan
Vəfat tarixi (20 yaşında)
Vəfat yeriFüzuli, Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
RütbəsiƏsgər
Təltifləri"Vətən uğrunda" medalı — 2020"Füzulinin azad olunmasına görə" medalı — 2020"Cəsur döyüşçü" medalı — 2020"Kəlbəcərin azad olunmasına görə" medalı — 2020

Həyatı

Fərid Məmmədzadə 20 avqust 2000-ci ildə Ağdaş rayonunda anadan olub.[1]Ailənin ilk övladı olan Fərid orta təhsilini rayonun Teymur İsmayılov adına 8 saylı məktəbdə alıb. Və daha sonra təhsilinə Şuşa Musiqi Kollecində Qarmon üzrə davam edib.

Hərbi xidməti

2019-cu il iyul ayının 5-də hərbi xidmətə yollandı. Azərbaycan Ordusunun əsgəri olan Fərid Məmmədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib. 04.10.2020-ci ildə Füzuli rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı güllə yarasından qəhrəmancasına şəhid oldu. Qeyd edək ki, şəhid Məmmədzadə Fərid Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü”, .“Kəlbəcərin azad edilməsinə görə” medalları ilə təltif olunub.

Təltifləri

İstinadlar