Famil Pirvələdov

Famil Teyfur oğlu Pirvələdov (30 may 1995; Qusar rayonu, Azərbaycan18 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.

Famil Pirvələdov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriYuxarı Zeyxur, Qusar, Azərbaycan
Vəfat tarixi (25 yaşında)
Vəfat yeriFüzuli rayonu, Azərbaycan
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2020
Rütbəsi Kiçik çavuş
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Hadrutun azad edilməsi
 • Füzulinin azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020

Həyatı

Famil Pirvələdov 1995-ci il mayın 30-da Qusar rayonunun Yuxarı Zeyxur kəndində anadan olub.[1]

Hərbi xidməti

Azərbaycan Ordusunun kiçik çavuşu olan Famil Pirvələdov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsininFüzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Famil Pirvələdov oktyabrın 18-də Füzulinin azad edilməsi zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Famil Pirvələdov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Famil Pirvələdov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Təltifləri

İstinadlar