Fariz Zülfüqarzadə

İkinci Qarabağ müharibəsi iştirakçısı

Fariz Fərhad oğlu Zülfüqarzadə (20 noyabr 1992, Lənkəran rayonu19 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi.

Fariz Zülfüqarzadə
Şəxsi məlumatlar
Doğum tarixi20 noyabr 1992(1992-11-20)
Doğum yeri
Vəfat tarixi19 oktyabr 2020(2020-10-19) (27 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2015–2020
RütbəsiƏsgər
VəzifəsiTankçı
DöyüşlərAprel döyüşləri
İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
 • Qubadlının azad edilməsi
 • Zəngilanın azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020 "İgidliyə görə" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020 "Qubadlının azad olunmasına görə" medalı — 2020

Həyatı

Fariz Zülfüqarzadə 20 noyabr 1992-ci il Lənkəran şəhərində anadan olub.[1] 1997-ci ildə ailəsi ilə birlikdə Rusiyaya köçüb və 2007-ci ildə Azərbaycana, Lənkəran şəhərinə qayıdıb. Təhsilini Lənkəran şəhər 4 saylı orta məktəbdə(rus bölməsində) davam etdirib. Orta təhsilli olub. Ailəli idi. 2 övladı var.

Hərbi xidməti

2012–2013-cü illərdə hərbi xidmətdə olan Fariz Zülfüqarzadə 2015-ci il mart ayından müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən orduya qayıdaraq tankçı kimi hərbi xidmətini davam etdirib. Aprel döyüşlərində Lələtəpə uğrunda mübarizədə fəal iştirak edib.

İkinci Qarabağ müharibəsində iştirakı

2020-ci il sentyabrın 27-də AzərbaycanErmənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, QubadlınınZəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tankı 2 dəfə vurulsa da yeni tanka əyləşib düşmən mövqelərinə doğru irəliləyir. Silahlı Qüvvələrin sərrast tankçısı Fariz Zülfüqarzadə Füzuli, Zəngilan, Qubadlı uğrunda gedən döyüşlərdə düşmənin zirehli texnikalarını və atəş məntəqələrini darmadağın edir. 2 dəfə yaralansa da döyüş meydanına yenidən qayıdır. Sonuncu döyüşünü oktyabr ayında Qubadlı rayonunda keçirir. 20 gün tankı düşmən tərəfindən hədəfə alınsa da, cəsur tankçımızın atəşini susdura bilmirlər. Oktyabrın 19-da düşmən tərəfindən vurulan tankın yaralı heyətini xilas etsə də, öz həyatını vətənin azadlığı uğrunda qurban verir. Şəhidlik zirvəsinə ucalan Fariz Zülfüqarzadə 19 oktyabr-da Lənkəran şəhərində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fariz Zülfüqarzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Fariz Zülfüqarzadə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[3]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fariz Zülfüqarzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Fariz Zülfüqarzadə ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.[5]

Təltifləri

İstinadlar